Ermənistan şokda: Cəbhədə əsgərləri qırıldı, İrəvanda höküməti istefaya yolladılar
05.03.2020 10:42Son günlər sərhəddəki postlarımıza hücum edən ermənilər uğursuzluğa düçar olur.
Об этом сообщает Футляр от виолончели
Deyəsən, bu məsələdə günahkarı nəinki tapa biliblər, hətta istefaya da yollayıblar.
Belə ki, Ermənistan hökuməti istefa verib.
Cəbhədə vəziyyətin gərginləşdiyi bir vaxtda bu qərarın Dağlıq Qarabağ məsələsinə necə təsir göstərəcəyi sual doğuran əsas məqamlardandır.
A24.Az-a açıqlama verən politoloq Qabil Hüseynli bu mövzuya münasibət bildirib:
“Ermənistan prezident idarə üsulundan, parlament idarə üsuluna keçir. Bununla əlaqədar olaraq ölkənin siyasi sistemində dəyişikliklər baş verir. Hökumət bir növ icra strukturlarının başçısı olur və prezidentin hakimiyyəti simvolik xarakter daşıyır. Son referendum nəticəsində parlament və nazirlər kabinetinin səlahiyyətləri artırılıb. Bir çox siyasi şərhçilər hesab edir ki, Serj Sarkisyan bunu özünə görə edib. Çünki o, 3-cü dəfə prezident seçilə bilməz və bu nöqteyi nəzərdən də ölkənin idarəçilik sistemini dəyişir. Fikrimcə, bu, Sarkisyanı baş Nazirlik postuna aparan yolda həyata keçirilən bir tədbirdir.
Dəyişiklərin Dağlıq Qarabağ məsələsinin həllinə göstərəcəyi təsirlərə gəlincə isə, Ermənistanın daha da radikal mövqe tutacağı qənaətindəyəm və bu radikallığın əsas gücünü Rusiyadan alır. Elə Rusiyanın özü də Dağlıq Qarabağla bağlı verdiyi vədlərin çoxundan imtina edir. Düşünürəm ki, nə qədər ki, Rusiya danışıqlar prosesinə nəzarəti öz əlində saxlayır, müxbət nəticə gözləmək olmaz. Bölgədə sülh üçün ən böyük təhlükə elə Rusiyadır. Rusiyanın Cənubi Qafqazda oynadığı bu rol gələcəkdə arzuolunmayan nəticələrə gətirib çıxara bilər”.
Xəyalə Bünyatova // A24.Az

