Ermənistan ordusunun daha bir əsgəri öldü
05.03.2020 10:42Ermənistanın Müdafiə Nazirliyinə məxsus “N” saylı hərbi hissəsində erməni əsgəri ölüb.
Об этом сообщает Футляр от виолончели
Saytımız erməni mediasına istinadən xəbər verir ki, 19 yaşlı əsgər Sarkis Samvel Apinyanın ölümü ilə bağlı Ermənistanın İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin Dördüncü qarnizonunda araşdırma başlayıb.
Hələlik əsgərin ölüm səbəbi dəqiq bilinmir.
“Əldə edilən məlumata görə, ötən gün saat 16:20-da kursant Sarkisin hərbi hissənin düzülüş meydanında halı pisləşib. Bu zaman Apinyan hərbi hissənin tibb məntəqəsinə köçürülüb. Saat 17:35 radələrində isə əsgərin ölüm halı qeydə alınıb”, – Ermənistan İstintaq komitəsinin məlumatına bildirilib.
Hazırda Ermənistanın Müdafiə Nazirliyi faktla bağlı araşdırma aparır.

