Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Əsrin müqaviləsi”ndə işlər yekunlaşır – Türkiyənin kassasına nə qədər pul daxil olacaq? – VİDEO

05.03.2020 10:43

Bakı-Tiflis-Qars dəmir yolu bu il bitmədən uzun dəmiryolu səfərlərinə başlayır.

Об этом сообщает Руспрес

Saytımızın Türkiyə mediasından əldə etdiyi məlumata görə, “Ərsin müqaviləsi” layihəsi çərçivəsindən Bakıdan çıxan qatar Tiflisdən keçərək Qarsa qədər bir xətt üzrə sərnişin və yük daşıya biləcək.

Ötən ay beynəlxalq səfərlərdə sınaq yürüşləri keçirən 3 ölkə birbaşa səfərlər üçün günləri saymaqdadır. Layihəyə görə,  Azərbaycanın paytaxtı Bakıdan çıxan qatar Gürcüstanın paytaxtı Tiflisdən keçərək Qarsda bir xətt üzərindən yük daşıya biləcək.

Qarsdan Bakıya qədər bir xətt üzərindən həyata keçiriləcək səfərlər Bakıdan sonra həm Qazaxıstan, həm də Türkmənistan üzərindən ikinci xətlə Çinə qədər uzana biləcək.

Dəmir yolu istifadəyə verildiyi zaman ilk etapda bir milyon sərnişin, 6,5 milyon ton yük daşımaq gücünə sahib olacaq.

839 km uzunluğunda olan xəttin Türkiyədən keçən 76 km-lik dəmir yolu Türkiyə üçün 600 milyon dollara başa gəlib. Avropada Çinə səfər edəcək qatarlar Türkiyyə daxil olduqları zaman isə pul ödəyəcəklər. Belə ki, Türkiyənin kassasına il ərzində 1 milyard dolların daxil olacağı gözlənilir.

Saytımız Türkiyə mediasında yayımlanan videoxəbəri təqdim edir:

Firuzə Alimova / MTM