Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Evləndikdən 8 gün sonra şəhid oldu – Həyat yoldaşına vəsiyyəti hər kəsi göz yaşlarına boğdu

05.03.2020 10:44

Türkiyədə yeni evlənən şəhidin həyat yoldaşına etdiyi vəsiyyət hər kəsi göz yaşlarına boğub.

Об этом сообщает Футляр от виолончели

A24.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Şimali İraqın Zap bölgəsində 16 oktyabrda çıxan qarşıdurmada şəhid olan 26 yaşlı çavuş İlhan Sezer 8 gün əvvəl Dərya Sezer adlı xanımla ailə həyatı qurub. O, 9 günlük ailə icazəsinə 2 gün qalmış xidmət etdiyi Çukurcadan çağırılıb. Zap bölgəsində 4 gün müddətində davam edən qarşıdurmada şəhid olub. Şəhidi ziyarət etməyə gedənlər onun məzarının üstünə gəlinliyin örtüldüyünü görüb.

Şəhidin həyat yoldaşı isə gəlinlik məsələsini mətbuata açıqlama verərək danışıb:

“İlhanla 2015-ci il fevral ayının 21-də tanış olmuşuq. Bir il sonra nişanlandıq. Nişanlı olduğumuz müddətdə çətin bir iş gördüyünü və mənim dəstəyimlə ayaqda durduğunu deyirdi. Nişan günümüzdə, “Əgər şəhid olsam, gəlinliyini məzarıma ört” deyə vəsiyyət etdi. O sözdən sonra belə bir şeyin olmaması üçün ikimiz üçün də dua etdim. Amma xoşbəxtliyimiz cəmi 8 gün çəkdi. Mən də ona verdiyim sözün üstündə duraraq, gəlinliyimi məzarına örtdüm”.

“Ata olmaq istəyirdi”.

 “Şəhid olduğu haqda xəbərini eşidəndə dünya başıma yıxıldı. Bir yerdə qurduğumuz xəyallar varıydı. Ata olmaq istəyirdi. Birlikdə ev də alacaqdıq. O da bir yerdə tikərik deyirdi. Ata-anasına kömək edəcəkdi. Amma heç birini eləmədi. Bütün xəyallarımız yıxıldı”.
Şəhidin məzarına örtülən gəlinlik bütün Türkiyəni göz yaşlarına boğub.
Elvin Paşazadə