Evlərə qənim kəsilən şəxslər ifşa edildi – VİDEO
05.03.2020 10:44Həyət evlərindən oğurluq edən şəxslər tutulub.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, bir neçə şəxs mənzillərinin naməlum şəraitdə qarət edilməsi barədə Sumqayıt şəhər polis idarəsinə məlumat verib. Onların sözlərinə görə, evlərdən pul, qızıl və məişət əşyaları oğurlanıb.
Əməliyyat-axtarış tədbirlərinə başlayan polis şəhər sakinləri – əvvəllər məhkum olunmuş Tapdıq İbrahimov və Amil Əzimovu saxlayaraq məsuliyyətə cəlb edib. İlkin ifadələrində onlar Sumqayıt ərazisində 13 xırda talama cinayətləri törətdiklərini etiraf ediblər. Tapdıq İbrahimov və Amil Əzimovun ətrafında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onların Sumqayıt şəhəri ərazisində müxtəlif şəxslərə məxsus 5 mənzildən pul, qızıl-zinət və məişət əşyaları oğurladıqları məlum olub.
Şəhər Polis İdarəsinin əməkdaşları daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində Novxanı və Corat qəsəbələrində yerləşən bağlar massivində silsilə oğurluq etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Xandadaş Məmmədovu da saxlayıblar. Onun qeyd edilən bağlar massivində 19 yaşayış evindən məişət əşyaları, pul və qızıl oğurladığı məlum olub.
Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Gəncədə isə bir mağaza ikinci dəfə qarət olunub. Dəmiryolu Vağzalının ərazisində şəhər sakini Cabir Qasımova məxsus mağazada oğurluq hadisəsi baş verib. Qapının şüşə hissəsini sındıraraq içəri daxil olan naməlum şəxs və ya şəxslər oradan xeyli miqdarda tütün məmulatları, alkoqolsuz içkilər və qida məhsullarını oğurlayıblar. Hadisə gecə baş verdiyindən mağaza sahibi soyğundan səhər saatlarında xəbər tutub. Polis əməkdaşları tərəfindən oğurluğu törədən şəxs və ya şəxslərin müəyən edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

