Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Evləri başlarına uçdu – UŞAQLAR İMDAD DİLƏYİR – VİDEO

05.03.2020 10:44

Şamaxı rayonunda yaşayan ailənin 6 aydır evi qəzalı vəziyyətdədir. 

Об этом сообщает Футляр от виолончели

Saytımız bildirir ki, sosial şəbəkədə paylaşılan görüntülərdə ağır vəziyyətdə yaşayan ailənin faciəsi həm onların dilindən, həm də çəkilən videodan aydın şəkildə görmək mümkündür.

“Bura Şamaxı rayonunun Meysəri kəndidir. Hazırda bu evdə iki körpə uşaq və anası yaşayır. Uşağın biri danışma və eşitmə qabiliyyətini itirib. Uşaqların atası ruhi xəstədir, Maştağada müalicə alır. Evin xanımı – Həsənova Hənifə işləmir, bir qarnı ac, bir qarnı tox uşaqlarını böyütməyə çalışır. Ailənin aylıq gəliri 115 manat civarındadır. Çətindir… Sosial yardım da ala bilmirlər. Qarşıdan da qış gəlir. Qaz idarəsindən də gəlib deyiblər ki, ev yaşanılası vəziyyətdə deyil, hər an uça və partlayış baş verə bilər. 6 aydan çoxdur ki, ev bu vəziyyətdədir.

Evin balaca uşağı Aysun bu il məktəbə (hazırlığa) gedəcək. Onun məktəbli geyiminə, dəftərə, qələmə, məktəb çantasına, isti geyimlərə ehtiyacı var. Çox çətin vəziyyətdədirlər.

İmkansızlıqdan eşitmə və nitq qabiliyətini itirən balaca Salmanı lal və kar uşaqlar üçün xüsusi internat məktəbinə yazdırıblar.

Aysun oxuyub həkim olmaq istəyir. Bu təsadüf deyil, qardaşını və atasını ondan uzaq salan elə xəstəliklərdir.

Dövlətimizdən, imkanlı şəxslərdən xahiş edirik, bu ailənin səsinə səs verin!”