Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Evlərin layihəsi neçəyə hazırlanır? – REAL QİYMƏTLƏR – ARAŞDIRMA

05.03.2020 10:44

Son illər Azərbaycanın bütün bölgələrində, xüsusən paytaxt Bakıda dəbdəbəli formada fərdi yaşayış evlərinin tiklidiyinin şahidi oluruq. Müşahidələr göstərir ki, insanlar 2 və 3 mərtəbəli fərdi yaşayış evləri tikməyə daha çox üstünlük verirlər. Heç şübhəsiz, özünə mənzil qurmaq istəyənlərin böyük əksəriyyəti tikintinin layihələndirilməsi üçün memarlara müraciət edir və bunun üçün təbii ki, vəsait ödəyirlər. Bəs bu gün yaşayış binalarının layihə-smeta sənədlərinin işlənməsi üçün nə qədər pul tələb edilir?  Başqa sözlə, ev tikdirmək istəyən memara nə qədər  vəsait ödəməlidir?

Об этом сообщает Руспрес

Fərdi yaşayış evi 500 manata layihələndirilir, amma…

“A24.azın əməkdaşı bu məsələ ilə bağlı araşdırma aparıb, həmçinin mütəxəssis fikri öyrənib.  müraciət etdiyimiz Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin keçmiş müdiri, tanınmış inşaatçı  Cahangir Qocayev  saytımıza deyib ki, Azərbaycanda 3 mərtəbəyə kimi olan fərdi yaşayış evi orta hesabla 500 manata layihələndirilir: “Amma bu məbləğ çox da dəbdəbəli evlərə aid deyil. Çünki mürəkkəb üslubda tikilən evlərin layihələndirilməsi bahadır. Digər tərəfdən, elə memarlar var ki, layihələndirmə işini 1500-2000 min manata da edir. Əlbəttə, qiymət məsələsi layihənin sadə və mürəkkəbliyindən asılıdr. Böyük həcmli evlər üçün isə layihələndirmə daha bahadır. Eyni zamanda, bir çox hallarda layihələndirmə işləri tərəflərin qarşılıqlı razılığı ilə də həll edilir və belə olan halda konkret qiymət olmur. Memarlar fərdi şəkildə işinin qiymətini deyir və danışıq yolu ilə isə qiymət fərqi olur. Onu da deyim ki, mən bildiyimə görə icra hakimiyyətlərində memarlar 1 mərtəbəli evin layihəsini 100 manata da  hazırlayır. Ümumən, bu bazarda qiymətlər stabil deyil və dəyişir”.

Dövlət Komitəsinin müəyyənləşdirdiyi qiymət isə daha yüksəkdir

Bu arada onu da qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 12 iyun 2012-ci il tarixli qərarı ilə təsdiq edilən  “Tikinti üçün layihə işlərinə qiymətlər toplusu” mövcuddur. Həmin sənəddə  yaşayış və ictimai binaların layihə-smeta sənədlərinin işlənməsi qiymətləri  və qiymətlərin tətbiqi üzrə göstərişlər yer alır. Topluda həm fərdi yaşayış evlərinin, həm də hündürmərtəbəli evlərin layihə-smeta sənədlərinin işlənməsi qiymətləri əks olunub. Məsələn, “Tikinti üçün layihə işlərinə qiymətlər toplusu”nda göstərilir ki, 1 mərtəbəli yaşayış binası (həyətdaxili tikililərlə)  2870, 2 mərtəbəli 3341, 3 mərtəbəli 3618, 4 mərtəbəli 3843, 5-7 mərtəbəli 4190, 8-10 mərtəbəli yaşayış binaları 6835, 11-13 mərtəbəli yaşayış binaları 7641, 14-16 mərtəbəli yaşayış binaları 9686 manata işlənir. 20 mərtəbəli binaların tikintisi üçün layihə-smeta sənədlərinin işlənməsi qiymətləri isə daha bahadır.

“Həmin sənəddə göstərilən məbləğ baza qiymətidir”

C.Qocayev deyib ki, həmin sənəddə göstərilən məbləğ baza qiymətidir: “Məsələn, deyək ki,  dövlət sifarişli evlərin, binaların tikintisində topluda yer alan bu baza qiymətlərdən istifadə edilə bilər. Tendersiz tikilən evlərin inşası zamanı daha çox bu qiymətlər tətbiq edilir. Düzdü, yaşayış binalarının tikintisi ilə bağlı tender də keçirilə bilər və ola bilsin kimsə 3 min manatdan artıq qiymətə təklif edilən tikintini 2000 min manata etsin. Bu da mümkündür. Amma ümumiyyətlə, Komitənin təsdiq etdiyi sənəddə göstərilən qiymət ümumi baza kimi götürülür”.

Atif Sarıxanlı