Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Facebook” istifadəçilərini avara adlandıran deputatın “səhifə”si TAPILDI

05.03.2020 10:44

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə  mətbuata verdiyi müsahibə də “Facebook” sosial şəbəkə istifadəçilərinin hamısını avara, işsiz, gücsüz adamlar adlandırıb.

Об этом сообщает Футляр от виолончели

A24.Az-ın apardığı qısa araşdırma zamanı məlum olub ki, sosial şəbəkə istifadəçilərinin hamısını avara, işsiz, gücsüz adlandıran millət vəkilinin 2013-cü ildə “Facebook”da öz adına yaradılmış səhifə var.

“Azərbaycan Sosial Demokrat partiyasının sədri Araz Əlizadənin rəsmi səhifəsi”

Səhifədə millət vəkilinin mətbuata verdiyi müsahibələr, açıqlamalar eləcə də deputatlığa namizəd olduğu zamanı aparılan təbliğat-təşviqat kampaniyasının fotoları yer alıb.  Səhifədə ən axırıncı paylaşım isə bu ilin fevral ayının 15-də edilib.

Səhifəni fotolarla birlikdə sizlərə təqdim edirik:

Orxan Aslanlı