Facebook qadağan etdi
05.03.2020 10:44Facebook proqramçılar üçün istifadəçilərin sosial şəbəkələrdəki məlumatlarından müşahidə məqsədilə istifadə olunmasını qadağan edib.
Об этом сообщает Руспрес
A24.Az BBC-yə istinadən xəbər verir ki, şirkətin bəyanatına görə, bu yolla Facebook mövcud siyasətini dəqiqləşdirir.
Proqram yazanlar nəzarət etmək üçün toplanan məlumatlardan istifadə edə bilməzlər.
Ötən il Amerika Vətəndaş Azadlıqları İttifaqı Facebook və İnstagram-ın istifadəçilər barədə məlumatları hüquq-mühafizə orqanları üçün müşahidə proqramları hazırlayan Geofeedia şirkətinə verdiyini aşkar edib.
Beləliklə, bunun nəticəsində hüquq-mühafizə orqanları mitinqlərdə və aksiyalarda iştirak edənlərə, o cümlədən Ferguson şəhərindəki etiraz nümayişlərinə nəzarət edə bilib.
Bundan sonra şirkət Geofeedia-nın məlumatlara girişini dayandırıb.
Facebook şirkəti əmin edir ki, müşahidə üçün proqramlar yaradanlara və hazırlayanlara qarşı tədbirlər görülüb.
Şirkətin təhlükəsizlik məsələləri üzrə direktor müavinu Rob Sherman bildirib ki, məqsədimiz siyasətimizi birmənalı etməkdir.

