“Facebook” saxta profillərin sayını açıqladı
05.03.2020 10:442 milyarda yaxın istifadəçisi ilə sosial medianın ən məşhur platforması olan “facebook” saxta profillərlə bağlı rəsmi açıqlama verib.
Об этом сообщает Роспрес
Saytımızın məlumatına görə, sosial media nəhəngindən verilən açıqlamada “facebook”da yer alan hesabların 13 faizinin saxta və eyni adama məxsus olduğu bildirilib.
“Facebook” say verməkdən qaçsa da bu açıqlama sosial media nəhəngində 250 milyondan çox saxta və ya eyni hesabın olduğu mənasına gəlir.
Yeni alqoritm ilə mübarizə aparılacaq…
“Facbook” həmin açıqlamasında yeni alqoritm ilə bir insana məxsus profillərin təsbit ediləcəyini qeyd edib.
“Facebook”un maliyyə müdiri Devid Vahner şirkətin saxta profillərə imkan verməyəcəyini və feysbukun bu kimi profillərdən qurtulacağını vurğulayıb.

