Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Facebook” yeni proqramını açıqladı – Ara qarışacaq

05.03.2020 10:44

“Facebook” yazışmalarda düşüncə gücündən istifadə edəcəyini bildirib.

Об этом сообщает Роспрес

A24.Az xəbər verir ki, “Facebook” təşkil etdiyi  “F8” konfransında maraqlı yeniliklərdən danışılıb. Onlardan biri də düşüncə gücü ilə sistemin hərəkət etdirilməsi olub. Proqramın əsas funksiyası beynə implat taxılmadan düşüncə gücü vasitəsilə yazı yazmaqdır. Sözügedən proqram üzərində 60 nəfər mühəndisin işlədiyi bildirilib.

Proqramın köməyi ilə dəqiqədə 100 söz yazmaq mümkün olacaq. Bu isə eyni vaxtda əllə yazdığımız mesajdan 5 dəfə artıqdır.

Qeyd edək ki, bu işi “Facebook”dan əvvəl etməyi düşünən şirkətlər olub.  Onların hamısı bu cür proqramı həyata keçirmək üçün insan beyninə implant taxılması üzərində işləyib. “Facebook” isə heç kimi narahat etmədən bu işi ən sadə formada reallaşdırmağa çalışdığını bildirib.

Düşünərək yazı yazmağın mümkünlüyü hələ məlum deyil, amma bu üsulla düşüncələri yazıya çevirmək artıq real görünür.  Proqram o qədər də təhlükəsiz sayılmır. Qarşılıqlı mesajlaşma zamanı hər düşündüyümüzün yazıya çevrilməsi bəzən xoş olmaya bilər.