Fazil Mustafa “İnteraz”ı İranın təbliğat ruporu adlandırdı: “Bunlar dini radikalizmin təbliğatı deyil?”
05.03.2020 10:45Millət vəkili Fazil Mustafa “facebook” səhifəsində “İnter.az” televiziyasında yayımlanan verilişdə İran yönümlü təbliğatın aparılması ilə bağlı yazı paylaşıb.
Об этом сообщает Футляр от виолончели
Yazısında millət vəkili kanalı İranın təbliğat ruporu adlandırıb, göstərilənlərlə bağlı ölkədəki əlaqədar qurumlara çağırış edib.
Saytımız Fazil Mustafanın yazısını təqdim edir:
” “İnter.az” televiziyası ağlaşma qurub yenə. Bu telekanala da, deyəsən, pulu qonşu ölkədən buraxırlar. Əməlli-başlı bu kanal İranın təbliğat ruporuna çeviriblər. Militan uşaqlar başlarına sarıq bağlayıb sinə döyürlər, qonşu ölkənin ideoloji klipləri fars əlfbası ilə yayımlanır. Məgər bunlar dini radikalizmin təbliğatı deyil?
Məşhəd ziyarəti reklam olunur. Dini verilişlərə cəhaləti, xurafatı təbliğ edənlər dəvət olunur. Hara baxır bizim Rabitə nazirliyi? Hara baxır Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi? Hara baxır Milli Təhlükəsizlik Xidməti? Bu ölkənin təhlükəsizliyi barədə, ümumiyyətlə düşünən varmı? Belə məsələlərə oldu-bitdi kimi baxmaq olmaz, İranda imkan verərlərmi bizim təbliğatı bu cür aparasan? Gedin iki dəfə Təbriz çığırın, gedin iki dəfə oradakı qardaşlarımızın dil, məktəb problemlərini danışın, əlli-ayaqlı öz ölkələrindən qovarlar. Biz niyə hələ də dövlətçilik şüuruna sahib ola bilmirik? Öz dövlətimizə qarşı təxribatlara belə yavşaq yanaşmanın nəticələrini niyə hələ də anlaya bilmirik?”

