Fazil Mustafadan Sərdar Cəlaloğluna kübar cavab: “Ümid edirəm ki, o, 30 il sonra…”
05.03.2020 10:45Millət vəkili Fazil Mustafa Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun onun barəsində səsləndirdiyi fikirlərə cavab verib. A24.Az-a açıqlama verən deputat bildirib ki, İran saytlarının böhtanlarından qurtarmamış indi də başqa bir İran məzhəbçisi ona cəbhə açıb.
Об этом сообщает Руспрес
“İnanın ki, 30 il öncə mən də eyniylə Sərdar Cəlaloğlu kimi dinimiz, tariximiz, milliyətimiz, dövlətçiliyimiz mövzusunda cahil anlayışlara sahib idim. İndi dəhşətə gəlirəm ki, 30 il içində adamın gəldiyi nəticələr bu cür primitiv fikirlərə əsaslanır. Allah ömür versin!. Ümid edirəm ki, Sərdar Cəlaloğlu 30 il sonra bizim görüşlərimizin doğruluğunu hökmən təsdiqləyəcək. Ancaq kimliyindən asılı olmayaraq bu millətin kimliyini, tarixini, dinini saxtalaşdıranlara qarşı ən sərt formada mövqeyimizi ortaya qoymaq əzmindəyik”.