Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Fəaliyyəti dayandırılan univerisitetlərin tələbə və müəllim heyətinin aqitəbi bəlli oldu – AÇIQLAMA

05.03.2020 10:45

“Bu ilin yanvar ayının 16-da fəaliyyəti dayandırılan Qafqaz Universitetinin hər bir tələbəsi ixtisasına uyğun olaraq digər universitetlərə köçürüləcək. Bu məsələdə heç bir problem olmayacaq”.

Об этом сообщает Роспрес

Saytımız bildirir ki, bunu “report”a açıqlamasında universitetin tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsinin təşkili üzrə yaradılan işçi qrupunun sədri, Təhsil Nazirliyinin aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev deyib.

O, hələlik tələbələrin dövlət universitetlərinə köçürülüb-köçürülməyəcəyini açıqlaya bilməyəcəyini qeyd edib: “Lakin narahat olmağa ehtiyac yoxdur, çünki bütün tələbələrin hamısı ali təhsil müəssisələrinə yerləşdiriləcək. Bu məsələnin üzərində hazırda işçi qrupu işləyir. Bildiyiniz kimi, orada çox sayda müxtəlif ixtisaslar üzrə tələbə təhsil alır. Ona görə də bunun üçün bizə vaxt lazımdır. Həftənin sonuna qədər bununla bağlı yekun qərar məlum olacaq”.

İşçi qrupunun sədri eyni zamanda, Qafqaz Universitetində çalışan müəllimlərin aqibətinin necə olacağına da aydınlıq gətirib. Y.Piriyev deyib ki, müəllimlər də ixtisaslarına görə digər universitetlərdə işlə təmin olunacaqlar.

Xatırladaq ki, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov isə “Təhsil.TV”yə açıqlamasında Təfəkkür Universitetinin tələbələrinin cari tədris ili bitdikdən sonra, Qafqaz Universitetinin tələbələrinin isə qış semestri bitdikdən sonra ölkənin ən nüfuzlu universitetlərinə yerləşdiriləcəyini bildirib. O, həm də köçürülmədən sonra tələbələrin təhsil haqqında artımının olmayacağını bəyan edib.

Новости