Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Fədayənin bacısı canlı efirdə Taciri günahlandırdı: “Tacir yaxşı müəllim olsaydı, Fədayə indi həbsdə olmazdı” – VİDEO

05.03.2020 10:46

“Tacir Fədayə ilə duet oxuduqdan sonra tanınıb”.

Об этом сообщает Руспрес

A24.Az xəbər verir ki, bu sözləri Fədayə Laçının bacısı İlahə Fəda deyib. O, APA TV-nin “Show Time” verlişinin canlı efirinə telefon zəngi ilə qoşulub və müğənni Tacir Şahmalıoğlunun Fədayə Laçın haqqında dediklərinə münasibət bildirib.

“Tacir çox çox gözəl musiqiçidir, istedadlı insandır. Mənə təsir edən odur ki, Tacir Fədayənin müəllimi olduğunu deyir. Tacir heç vaxt Fədayənin müəllimi ola bilməz. Fadəyənin müəllimi ilk növbədə xalqdır. O xalqın yetirdiyi Üzeyir Hacıbəyovdur. Fədayə də, mən də uşaqlıqdan Zeynəb Xanlarovaya qulaq asmışıq. Fədayənin müəllimi Zeynəb xanımdır. Fədayə Canəli Əkbərovdan, Arif Babayevdən dərs alıb. Biz belə böyük sənətkarlardan bəhrələnmişik, dərs almışıq. Yəni ki, Tacir heç vaxt Fədayənin müəllimi ola bilməz. Tacir Fədayə ilə duet oxuduqdan sonra tanınıb. İndi çıxıb deyir ki, mən onun müəllimiyəm. Sən elə yaxşı müəllimlik eləmisən ki, Fədayə indi həbsdədir”, – deyə İlahə Tacirin sözlərinə etiraz edib.