Fələstində Qüds şüarlı Milad mərasimi
05.03.2020 10:46Bu gün Fələstinin Betlehem şəhərində keçirilən Milad mərasimi “Qüds Fələstinin Paytaxtıdır” şüarı ilə baş tutub.
Об этом сообщает Футляр от виолончели
A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Həzrəti İsanın anadan olduğu deyilən “Nativity” kilsəsində Milad ayini keçirilib.
Mərasimdə Fələstin Prezidenti Mahmud Abbas da iştirak edib.
Qüdsdən kiminsə xaric olunması ilə sülhün bərpa olmayacağını bildirən Arxiyepiskop Pierbattista Pizzaballa Qüdsün hakimi deyil, xadimi olunacaq müqəddəs bir şəhər olduğunu deyib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın Qüds qərarına qarşı Türkiyənin təşəbbüsü ilə hazırlanan qətnamə layihəsi BMT Baş Məclisində 128 səslə qəbul edilib. Səsvermədə 35 ölkə bitərəf qalıb, 21 ölkə isə səsvermədə iştirak etməyib.

