FETO-çular polkovniki fahişə qadınla necə “vurdu?” – “Polkovnik və eskort kirayələdiyimiz evdə…”
05.03.2020 10:46Ankara Baş Prokurorluğunun FETO ilə bağlı apardığı araşdırma çərçivəsində ifadə verən Haluk S. şok fikirlər səsləndirib. FETO-nun Dəniz Qüvvələrinin imamlarından olan şəxs təşkilatın Türk Silahlı Qüvvələrinə (TSQ) necə sızdığını bir daha aşkara çıxarıb.
Об этом сообщает Футляр от виолончели
Saytımız xəbər verir ki, Haluk S. “Mənim kimi Dəniz Qüvvətləri imamlarından olan və müəllimlik edən Hüseyin Dalan ilə birlikdə “AN-KA Daxili və Xarici Ticarət” adlı bir şirkət qurduq. Sərmayəni Dəniz Qüvvələrindən məsul olan Kamil Kaya qoydu. Hərbi hissələrə daha rahat girib-çıxa bilməmiz üçün bu şirkəti yaratdıq. “MSB İnşaat Emlak”a da daha rahat girib-çıxmaq üçün “SAMAY İnşaat Turizm” adlı şirkət qurduq. “MSB İnşaat Emlak”a tender almadan daxil ola bildik. Eyni zamanda sığorta şirkəti də quraraq hərbi personala sığorta satışı etdik. Bu şəkildə istədiyimiz yerlərə daha rahat şəkildə giriş-çıxış edə bilirdik” deyib.
Açıqlamasında davam edən imam bunları qeyd edib:
Polkovniki gizlincə izlədilər…
“Nazirliyin Baş Qərargahında toplantı salonunun yenilənməsi üçün tender elan edildi. Bu tender S. adlı bir firmaya verildi. Firmanın bu işə başlamasından sonra “MSB İnşaat Emlak” şirkətinin rəhbəri olan polkovnik T.B.-nin tələb etdiyi rüşvət qarşılığında Dikmendə 1 aylıq ev kirayələdik. Polkovnik və bir bahalı fahişə qadın (eskort) kirayələdiyimiz evdə birlikdə oldular. Kerem C. və ya adını xatırlamadığım digər şəxs bu yaxınlığın fotogörüntülərini çəkdi. Daha sonra şəkillər Baş Qərargaha göndərildi. Mən təşkilatdan ayrıldıqdan sonra polkovnik T.B.-nin təqaüdə göndərildiyini öyrəndim”.
Daha sonra ifadəsində Haluk S. “NATO-ya gedəcək heyət haqqında məlumatlar gəlirdi. Ayda bir dəfə İstanbulda keçirdiyimiz mütəmadi toplantıda Kamil Kayaya verdiyimiz bu məlumatlar İstanbul Altunizedə yerləşən Sürat Bilişimə aid binanın aşağı mərtəbələrindəki serverlərdə saxlanırdı”, – deyə bildirib.

