Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

FETÖ-çulara qarşı əməliyyatlar davam edir

05.03.2020 10:46

Bu gün Türkiyədə baş vermiş 15 iyul hərbi çevriliş cəhdindən 1 il ötür.

Об этом сообщает Руспрес

Çevriliş cəhdini həyata keçirən FETÖ ilə mübarizə, 1 il ərzində Türkiyədə görülən tədbirlər  və baş vermiş dəyişiklər barədə A24.Az-a danışan Qafqaz Strateji Araşdırmalar Mərkəzinin analitiki Çağatay Balcı 15 iyul hadisəsinin Türkiyə tarixində bir dönüş nöqtəsi olduğunu bildirib:

“15 iyul Türkiyə tarixində dönüş nöqtələrindən biri oldu. Türkiyə bundan öncə də 4 hərbi çevriliş və bir neçə uğursuz çevriliş cəhdi yaşayıb. Amma 2016-cı il 15 iyuldakı çevriliş cəhdi digərlərindən fərqli idi. Burada bir terror təşkilatının illərdir orduya və dövlət qurumlarına gizlincə yerləşərək öz məqsədləri üçün xalqı belə hədəf alması faktı var.

Çevriliş cəhdinin baş verdiyi gündən bu yana FETÖ-çulara qarşı əməliyyatlar həyata keçirilir. Xalq da bu əməliyyatlara dəstək verir. Çünki hər kəs FETÖ-nun nə qədər təhlükəli olduğunu bilir.

Bilirsiniz ki, Türkiyədə FETÖ təhlükəsi də hələ də davam edir. Çünki bu təşkilat çox böyük məharətlə gizlənməyi bacarır. Buna görə də onların hələ də məlum olmayan bir çox gizli yuvaları var. Və bu o deməkdir ki, əməliyyatlar yenə də davam edəcək. FETÖ və buna bənzər təşkilatlarla hüquq müstəvisində mübarizə aparmaq lazımdır. Həmçinin, din amilindən istifadə edərək insanları sıralarına cəlb edən bu qruplara qarşı əhali arasında da maarifləndirici təbliğat da aparılmalıdır”.

Xəyalə Bünyatova // A24.Az