FETÖ dağılır – Terror təşkilatının fitili alovlandı
05.03.2020 10:46Terror təşkilatı FETÖ-nun ABŞ-ın Pensilvaniya ştatındakı malikanəsində yaşayan Fətullah Gülənin xoşagəlməz vəziyyətdə – kürəyini masaj etdirərkən, dili çöldəykən- çəkilmiş 15 fotoşəkili sosial mediada dövriyyəyə buraxılıb.
A24.az xəbər verir ki, terror təşkilatı FETÖ lideri Fətullah Gülənin yerinə keçəcək adlardan biri olaraq göstərilən Şerif Ali Tekalanın adına açılmış sosial media hesabından paylanmış bu fotolar “təşkilat daxili müharibə” siqnalı kimi qiymətləndirilir. Bu məsələdə diqqəti məhz Güləndən sonra terror təşkilatının başına keçəcək adlardan biri olaraq göstərilən Şərif Əli Tekalanın adına açılan saxta hesabdan paylaşılması çəkib.
Об этом сообщает Футляр от виолончели
Yayılmış fotolara sosial mediada həm istehza mövzusuna çevrilib, həm də hazırda təşkilatın ikinci adamı olan Mustafa Özcan və digər namizəd Şerif Ali Tekalan arasındakı müharibənin qızışdığı kimi rəylər yazılıb.
Digər bir maraqlı məqam da var ki, yeni kimi təqdim olunan həmin fotolarda ötən il həbs olunan Ali Ünal da yer alır. Aktual olmadığı anlaşılan fotoların təşkilat daxilindən sızdırılması nəyə və kimə xidmət edir? Bu həmlə FETÖ daxilindəki böyük bir böhranın fitilini alovlandırıb.
Paylaşılan fotoların bir çoxunda dəstəbaşı Gülənlə yanaşı ABŞ-ın Pensilvaniya ştatındakı malikanəyə gələn təşkilat üzvləri də görünür. Həmin adlara və ya yaxınlarına qarşı bir istinad edildiyi ehtimalı ön plana çıxır.
FETÖ-nun Türkiyədəki sivil nümayəndəsi sayılan Mustafa Özcan həm də təşkilatın pul kassası Kaynak Holdinqin də beyniydi. Təşkilatın 20 ildən artıq müddətdir ki, Balkanlara imamlıq edən Özcan Gülənin varisi olaraq göstərilirdi. Bu fotolardan sonra Özcanın Gülənə savaş açdığı da iddia edilir.
FETÖ-nun bağlanan Fatih Universitetinin rektoru olan Şarif Ali Tekalan haqqında həbs qərarları çıxmamışdan əvvəl Avropaya, sonra ABŞ-a qaçdı. Texasdakı Şimali American Universitetinə rektor təyin olunan Tekalan qısa müddətdə təşkilat daxilində yüksəldi. İndi də bu yüksəlişi savaş açdığı FETÖ-nun yerinə keçərək tamamlamaq istəyir.

