Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Fəthullah Gülən geydir – Türkiyədə gündəm olan iddia

05.03.2020 10:46

Ərzurumda keçirilən FETO istintaq araşdırmasında FETO-çü bacılar təşkilat başçısı Fəthullah Gülənin gey olması ilə bağlı fikirlər səsləndiriblər. 

Об этом сообщает Футляр от виолончели

Saytımızın Türkiyə mediasından əldə etdiyi məlumata görə, istintaq zamanı ifadə verən FETO yurdlarında qalan qız tələbə R.K. “Söhbətlər zamanı Fəthullah Gülənin həyatı və xidmət dedikləri şeyləri fəxrlə danışırdılar. Bir dəfə biri “Fəthullah Gülən niyə evlənmədi, o geydir?” deyə soruşduqda bacılardan biri “qətiyyən bu iddia düzgün deyil” deyə cavab verdi.

“Fəthullah Gülənin yuxusunda bir xanımla evlənən ərəfədə Peyğəmbərimizi gördüyünü və Peyğəmbərin ona arxasını çevirdiyini, ona görə də Fəthuallah Gülənin evlənmədiyini danışdı. İclaslarda Fəthullah Gülənin video kasetlərini izlədirdilər. Mən anlamırdım, amma bütün videolarında ancaq ağlayırdı, məcburi olduğu üçün həmin yığıncaqlarda iştirak edirdim. Tələbə yataqxanalarında qalan hər kəsdən pul alırdılar. Gül adlı bir qadının həmin yataqxanada qrupa rəhbərlik etdiyini və binanın damında qaldığını bilirdim” – deyə o qeyd edib.

Firuzə Alimova