Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

FETO üzvləri “Azərbaycan vətəndaşı” adı altında Avropada fəaliyyətlərini davam etdirir – VİDEO

05.03.2020 10:46

Türkiyənin “Beyaz” kanalında FETO-nun güclü olduğu Avropa ölkələri haqqında müzakirələr aparılıb.

Об этом сообщает Руспрес

Saytımız bildirir ki, müzakirə zamanı verilişin qonağı olan yazar Nurettin Veren aparıcının suallarını cavablandırıb və Türkiyənin FETO ilə mübarizəsinin zəiflədiyini, artıq bu mövzuda çətinlik çəkdiyini qeyd edib. Müzakirə zamanı Azərbaycanın adı da mövzuda yer alıb.

“FETO Türkiyə daxilində və xaricində, xüsusilə Rusiyada genişlənməkdədirlər. Guya Rusiya ölkəsini bunlardan təmizlədiyini zənn edir. Qırğızıstan vətəndaşı olaraq, Türkmənistan, Azərbaycan, Gürcüstan vətəndaşı olaraq bunları pasportları var.  Bu vətəndaşlıq statusları ilə Rusiyada ruslarla şirkət qururlar və ordan Türkiyəyə pul transferi edirlər. Baxırsınız ki, Rusiya şirkətidir, qurucuları qırğız və ya gürcüdür. Lakin mən artıq yorulduğum üçün bu haqda şikayətlərimi dayandırmışam”.

Saytımız Türkiyə mediasında yayımlanan videogörüntüləri təqdim edir:

Firuzə Alimova / MTM