Fransa qaçqınlara qayalarla müqavimət göstərir
05.03.2020 10:48Fransanın Paris şəhərində miqrantların müvəqqəti düşərgəyə çevirdikləri körpünün altına rəsmilər tərəfindən qayalar yerləşdirilib.
Об этом сообщает Футляр от виолончели
A24.Az “Əl-Cəzirə Türk”ə istinadən xəbər verir ki, La Şapel sığınma mərkəzi qarşısındakı körpünün altına böyük ölçüdə qayalar yerləşdirilib. Bu addımla hökümət qaçqınları həmin bölgələrdən uzaqlaşdırmağa çalışır.
Aktivistlərə görə, ölkədəki düşərgələr yetərsiz olduğu üçün qaçqınlar La Şapelin qarşısındakı körpü altında yaşamaq uğrunda mübarizə aparırlar.
BU DAŞLAR ƏZİYYƏT ÇƏKMİŞ İNSANLARIN KİÇİK ÜMİDLƏRİNİ ƏZDİ
Parisdəki qaçqınlara yemək yardımı edən aktivistlər icması “Solidarit migrants Uilson” rəsmilərin bu hərəkətinə etiraz edərək şəkilləri facebookdakı rəsmi səhifəsində paylaşıb və belə şərh edib:
“Bu böyük daşlar onsuz da çox əziyyət çəkmiş insanların kiçik ümidlərini də əzdi. Şok edici üsulla bağlı açıqlama gözləyirik”.

