Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Futbolda inqilab yaradacaq 7 yeni qərar qəbul ediləcək

05.03.2020 10:48

FİFA idarə heyətinin üzvü Marco Van Basten Federasiyasının radikal qərarlar qəbul edə biləcəyini açıqlayıb.

Об этом сообщает Руспрес

A24.az xəbər verir ki, Marco reallaşacaq yeni qərarlarla bağlı bir neçə siqnal verib:

Effektiv top:

Matçların son 10 dəqiqəsinin tam oynanılmağını istəyirik. Topun çölə çıxdığı, rəqibin səhvə yol verdiyi zamanlarda vaxt donacaq. Çünki oyunu qazanmaq üzrə olan komandalar matçın sonlarına doğru vaxtı uzatmaq üçün hər şeyi edirlər.

Oyundankənar vəziyyəti aradan qaldırmaq

Oyundankənar vəziyyətin olmadığı bir futbolun necə oynanılacağı hamımıza maraqlıdır. Qorxuram ki, bir neçə nəfər bu qərara qarşı çıxacaq. Mənə qalarsa, bu səhvi aradan qaldırmaq oyunu daha maraqlı edəcək. Hücum oyunları qol üçün daha çox şans olacaq, beləcə daha çox qol vurulacaq. Azarkeşlər də bunu görmək istəyir.

Sarı kart yerinə müddət cəzası

Oyunçuya sarı kart göstərmək yerinə 5-10 dəqiqəlik kənarlaşdırma reallaşdırıla bilər. Bu cəza daha qorxuducudur. 11 nəfərə qarşı 10 şəxslə oynamaq daha ürküdücüdür.

Penalda dəyişiklik

Penal 8 dəqiqə içərisində tamamlanmalıdır. Qapıçı cəza meydançasından kənara çıxsa, avtomatik olaraq qol sayılır. Bu daha diqqətçəkici ola bilər.

Kapitanlar

Hakimlərlə yalnız komanda kapitanları danışmalıdırlar. Hakimə edilən etirazlar oyun içərisində böyük zaman itkilərinə səbəb olur.

Qayda pozuntusu sayı

Bir müdafiə oyunçusu basketboldakı kimi qayda pozuntusu sayında məhdudlaşdırılmalıdır. Maksimum saya çatdıqda isə oyundan kənarlaşdırılmalıdır.