Gəncə Dövlət Universiteti Konfrans keçirdi
05.03.2020 10:50Gəncə Dövlət Universiteti tərəfindən təşkil olunmuş Beynəlxalq Elmi Konfrans keçirilib.
Об этом сообщает Футляр от виолончели
A24.Az-ın verdiyi xəbərə görə, 04-05 may 2017-ci il tarixlərində Gəncə Dövlət Universiteti tərəfindən “Gəncə MDB-nin Mədəniyyət Paytaxtı 2017” layihəsi çərçivəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr olunmuş “Müasir təbiət elmlərinin aktual problemləri” mövzusunda keçirilən beynəlxalq elmi konfransda Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, Fransavə İspaniyadan olan 150 nümayəndə iştirak etmişdir.
İştirakçılar konfrans başlamazdan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra beynəlxalq elmi konfrans başladı. Konfransda ilk olaraq Gəncə şəhərinin mədəni həyatını əks etdirən video çarx nümayiş etdirilib.
Konfransı Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev açıb.
Türkiyə Respublikasının İğdır Universitetinin rektoru Mehmet Hakkı rəhbərlik etdiyi universitetdəki təhsil sistemi və fəaliyyətindən, ölkəmizdəki ali təhsil ocaqları ilə əməkdaşlıq etməyə hazır olduğundan, Gürcüstan Respublikasının Telavi Dövlət Universitetinin təbiət və dəqiq elmlər fakültəsinin dekanı Maqda Davitaşvili Gəncə Dövlət Universiteti ilə olan əməkdaşlığının inkişafından, Voronej Dövlət Universitetinin professoru kimya elimləri doktoru Aleksandr Zavrajnov “Çox komponentli sistemlərin faza diaqramlarının tədqiqinin bəzi yeni üsulları”ndan, AMEA Neft-Kimya Prosesləri İnstitunun direktoruakademik Vaqif Abbasov “Kimyanın digər fənlərlə əlaqəli tədrisində informasiya texnologiyalarından istifadə prespektivləri”ndən, Gəncə Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvüVaqif Novruzov “Heydər Əliyev- bioloji müxtəliflik və ekoloji stabillik strategiyası”ndan bəhs edən məruzələri dinlənilib. Sonda beynəlxalq elmi konfransın qətnaməsi oxunub.

