Gəncə Dövlət Universitetində yeni TƏYİNAT
05.03.2020 10:50Gəncə Dövlət Universitetində kadr dəyişikliyi olub. “A24.az”ın məlumatına görə, bu günlərdə Sevda Əhmədova Gəncə Dövlət Universitetinin Ekologiya və Təbiəti Mühafizə Kafedrasının müdiri təyin edilib.
Об этом сообщает Роспрес
Xatırladaq ki, Gəncə Dövlət Universitetinin Ekologiya və Təbiəti Mühafizə Kafedrasının keçmiş müdiri Vaqif Rəhimov dələduzluqda və etibardan sui-istifadədə ittiham edilərək barəsində 3 ay əvvəl cinayət işi açılıb və hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi gedir. Amma buna baxmayaraq, adı aprelin əvvəllərinə kimi Gəncə Dövlət Universitetinin saytında universitetin Ekologiya və Təbiəti Mühafizə Kafedrasının müdiri kimi qeyd olunurdu.
Saytımız da təxminən 1 ay əvvəl bununla bağlı yazı hazırlamışdı. Yazı işıq üzü görəndən bir müddət sonra isə V.Rəhimovun adı universitetin saytından çıxarılıb. İndi saytda adıçəkilən kafedraya Sevda Əhmədovanın rəhbərlik etdiyi göstərilib, onun haqqında məlumat yerləşdirilib.
Məlumat üçün bildirək ki, Vaqif Rəhimov təxminən 3 ay əvvəl həbs edilib. Bununla bağlı Baş Prokurorluğun Mətbuat Xidmətinin martın 13-də yaydığı məlumatda qeyd edilir ki, Gəncə Dövlət Universitetinin kafedra müdirinin qanunsuz hərəkətləri barədə Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb. İstintaq zamanı Vaqif Rəhimovun qeyd edilən universitetin Ekologiya və Təbiəti Mühafizə Kafedrasının müdiri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə Bakı şəhəri və Ağdaş rayon sakinlərinin övladlarını ayrı-ayrı ali təhsil müəssisələrinə qəbul etdirmək adı altında etibardan sui-istifadə etmə və aldatma yolu ilə 65 min manat məbləğində özgə əmlakını ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan, ona Cinayət Məcəllənin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub. Vətəndaşlara vurulmuş maddi ziyanın 34 min manatının istintaq müddətində ödətdirilməsi təmin edilib. Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Atif Sarıxanlı

