Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Gəncə Prokurorluğundan iki bacının öldürülməsi ilə bağlı AÇIQLAMA

05.03.2020 10:50

Fevralın 22-də Gəncə şəhərində dəhşətli qətl hadisəsi baş verib.

Об этом сообщает Роспрес

Baş Prokurorluğun mətbuat xidmətindən A24.Az-a verilən məlumata görə, fevralın 22-də saat 23 radələrində Gəncə şəhər sakinləri – 57 yaşlı Rəna Nəbiyevanın və bacısı, 78 yaşlı Zəhra Abdullayevanın üzərlərində zorakılıq əlamətləri olan meyitləri yaşadıqları evdə aşkar edilib:

“Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb. Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə bu ağır cinayəti şəxsi münasibətlər zəminində törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, 57 yaşlı Sənan Məmmədov tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir”.

A24.Az hadisənin təfərrüatlarını öyrənmək üçün Gəncə şəhər prokurorluğunun əməkdaşı ilə əlaqə saxlayıb. Gəncə şəhər prokurorluğunun böyük köməkçisi Anar Haqverdiyev A24.Az-a açıqlamasında, baş verən hadisəsi ilə bağlı, əvvəlcə dəm qazından zəhərlənmə şikayəti daxil olduğunu bildirib:

“Əvvəl dəm qazından zəhərləmə ilə bağlı şikayət daxil olmuşdu. Hətta bu haqda mətbuatda da xəbərlər getmişdi. Daha sonra görülən tədbirlər nəticəsində qəsdən adam öldürmə faktı müəyyən olundu. İstinaq aparılır və müəyyən olunmuş şəxs artıq tutulub, istintaqa təhvil verilib. Bundan artıq məlumat verə bilmərik, istintaq sirridir. Hazırda istinaq işləri davam etdirilir”, – deyə A.Haqverdiyev bildirib.

Orxan Aslanlı, A24.Az