Gəncə-Şəmkir yolunda avtomobil aşdı: 2 nəfər öldü
05.03.2020 10:50Gəncə-Şəmkir yolunda baş vermiş avtoqəzada 2 nəfər ölüb.
Об этом сообщает Руспрес
A24.Az Report-a istinadən xəbər verir ki, qəza “VAZ-2106” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində baş verib.
Nəticədə sürücü və sərnişin dünyasını dəyişib. Hadisə ilə bağlı araşdırma aparılır.
Hava limanına gedən yolun yaxınlığında baş vermiş qəza zamanı avtomobil ortadan 2 hissəyə bölünüb. Qəzada sürücü sükanın arxasında ölüb, qadın sərnişin isə maşından kənara düşüb. Hazırda hadisə yerində Dövlət Yol Polisi İdarəsinin əməkdaşları qəzanın başvermə səbəblərini və dünyasını dəyişənlərin şəxsiyyətini araşdırır.

