Gəncədə mənzildə partlayış: Xəsarət alan var
05.03.2020 10:50Gəncədə mənzildə su qızdırıcısı partlayıb.
Об этом сообщает Футляр от виолончели
A24.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə şəhərin Sadıllı qəsəbəsində qeydə alınıb.
Orada yaşayan 1964-cü il təvəllüdlü İsmayılova Məhəbbət Nağı qızı qazla işləyən su qızdırıcısını işə salarkən partlayış baş verib.
Hadisə nəticəsində qadın sifətin 1 və 2-ci dərəcəli termiki yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

