“Gil ayaqlı” imperiyada seçkilər: Dünyanın gözü İranda, Ruhaninin canı qutuda – ŞƏRH
05.03.2020 10:50İran bu gün qərar verir: Ölkədə prezident seçkiləri keçirilir.
Об этом сообщает Футляр от виолончели
İran Milli Seçki Komissiyasının məlumatına əsasən, ölkədə 56 mln. nəfər səsvermə hüququna malikdir. Ümumilikdə 63 min seçki məntəqəsi açılıb.
İran prezidenti postu uğrunda dörd namizəd mübarizə aparır: hazırkı prezident Həsən Ruhani, ayətullah İbrahim Rəisi, sabiq vitse-prezident Mustafa Həşimi-Taba və mühafizəkar Mustafa Ağa Mirsəlim. İranın seçki qanunvericiliyinə əsasən, namizədlər seçicilərin 50 faizinin səsini toplaya bilməyəcəyi təqdirdə, bir həftə sonra ən çox səs toplamış iki namizədin iştirakı ilə təkrar seçkilər keçiriləcək.
Seçkilərin nəticələrinin İranın siyasi xəttinə hansı dəyişiklər göstərəcəyi sual doğuran əsas məsələlərdəndir.
Mövzuya münasibət bildirən politoloq Elçin Mirzəbəyli A24.Az saytına açıqlamasında bu suallara aydınlıq gətirib. O, hazırki prezident Həsən Ruhaninin qalib gələcəyinə əminliyini vurğulayıb:
“İndiki halda Həsən Ruhaninin yenidən prezident seçilməsi gözlənilir. İran öz strategiyasını dəyişmək fikrində deyil. Eyni islahatçı xətti davam etdirəcəklər. Qərblə münasibətlərin inkişafına çalışacaqlar. Bu baxımdan da mühafizəkarların indiki şəraitdə hakimiyyətə gəlməsi o qədər də inandırıcı görünmür. Hər halda proseslərin nəticəsi bunu daha aydın göstərəcək”.
İranın Suriyadakı taleyi
Politoloq Suriyada maraqları toqquşan tərəflərdən biri kimi, İranın bundan sonrakı mövqeyi haqda da fikirlərini bölüşüb:
“İran Suriya məsələsində maraqlı olan tərəflərdəndir. Amma son zamanlar Türkiyə, Rusiya və ABŞ münasibətlərindəki müəyyən irəliləyişlərin nəzərə çarpması İranı Suriyadakı hadisələrdən qismən də olsa, geridə qoyub. Yəni, İran aktiv şəkildə Suriyaya müdaxilə etmək və Bəşər Əsəd rejimindən öz maraqları üçün istifadə etmək imkanında deyil. Ona görə də düşünürəm ki, seçkilərin nəticələrindən asılı olmayaraq, İran hələki gözləmə mövqeyində qalacaq. Çünki onu gözləmə mövqeyində qalmağa məcbur edən geosiyası məqamlar var. Bir sözlə, Suriyada gedən proseslərə İrandakı seçkilərin nəticələri təsir göstərməyəcək”.
Trampın əsəbləri gərilir
E.Mirzəbəylinin fikrincə, ABŞ-la münasibətlər eyni qaydada davam edəcək:
“Tramp hakimiyyətə gəlməmişdən öncə də İranla bağlı sərt açıqlamalar vermişdi. Bütövlükdə İrana qarşı münasibət respublikaçıların siyasətinin əsasını təşkil edir. Bu aspektdən yanaşsaq, sanksiyaların hansı formada tətbiq olunmasından və ya yeni sanksiyaların meydana gəlməsindən asılı olmayaraq, ABŞ-la münasibətlərdə hər hansı bir dəyişikliklər baş verməyəcək. ABŞ-ın bu məsələdə əsas iddiası və təzyiqlərinin mahiyyətini təşkil edən amillər bilavasitə İranı nüvə proqramı ilə bağlıdır. Bu da Obamanın dövründə imzalanmış sazişlə əlaqədardır. Trampın seçki kampaniyasında və daha sonralar da tənqid etdiyi ən əsas məqamlardan biri də məhz bu sazişdir. Ola bilsin ki, İranın nüvə proqramı ilə bağlı müəyyən sərt addımlar atılsın. Amma seçkilərdə islahatçı namizədin müəyyən qədər üstünlük əldə etməsi sübuta yetirirki, İranın bu siyasi rejimi sərt addımlar atmaqdan yayınacaq və daha çox mülayim siyasət siyasət yürüdəcək. Görünür, Əhməd Nejad təcrübəsindən bəhs götürərək gələn hərbi ritorikanın nəticə verməyəcəyi qənaətinə gəliblər”.
Tehranda Bakıya əsən rüzgar
Politoloq Azərbaycanla əlaqələrdə gözlənilən mövqeyə də münasibət bildirib:
“Azərbaycanla olan münasibətlər də indiki qaydada davam edəcək. İran elə ilk günlərdən Azərbaycanın müstəqilliyini həzm edə bilməyən, Ermənistanla yaxından əməkdaşlıq edən bir dövlətdir. Baxmayaraq ki, son dövrlərdə müəyyən yumşalmalar baş verib. Xüsusilə də bu, İran-Rusiya-Azərbaycan formatında nəzərə çarır. Qənaətimə görə, bu günə qədər həyəcan keçirilən layihələr davam edəcək, amma fundamental hər hansı bir dəyişiklik baş verməyəcək”.
Xəyalə Bünyatova // A24.Az

