Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Hansı avtomobilin adı necə yaranıb? – ARAŞDIRMA

05.03.2020 10:53

Ərtafımızda hər gün müxtəlif markalı avtomobillərlə qarşılaşırıq. Lakin çoxumuz bu markarın nə anlama gəldiyindən xəbərsizik.

Об этом сообщает Футляр от виолончели

A24.Az sizə avtomobil markalarının nə anlama gəldiyini açıqlayacaq.

Mitsubishi – Avtomobilləri ilə məşhur olan yapon ağır sənayə şirkəti Mitsubishi adını şirkətin də emblemi olan  qədimi yapon savaşçıları samurayların emblemindən götürüb. Mitsu (üç),  bishi(almaz) sözlərinin birləşməsindən düzəlib.

Mercedes Benz –  Avstriyalı tacir Emil Jelinec 1897 ildə yarışı qazandığı maşınına qızının adı olan Mercedesi qoyub və bunun şərəfinə şirkətin qurucuları Gottlieb Daimler və Karl Benz istehsal etdikləri maşına Mercedes adını veriblər.

Mazda – Şirkət adını qanadlarını açmış ağ bir qartal ilə eyniləşdirilən zərdüşlərin müdriklik tanrısı Ahura Mazdadan alıb.

Hyundai – Şirkətin adı Koreya dilində “çağdaş, modern” mənasına gəlir.

Kia – Avtomobili Koreya istehsal edir. Kianın adı “Asiyadan doğan” mənasına gəlir.

Jeep – Hərbi məqsədlə düzəldilən dünyadakı ilk ərazi maşını Jeepin adı cizgi film xarakteri “Temel Rəis”dəki “Eugene the Jeep” adlı bir heyvandan gəldiyi iddia edilir.

Lexus – Latıncada qanun mənasına gələn ada sahib şirkət Toyotanın lüks avtomobil markasıdır.

Volkswagen – Almanca “Xalq maşını ” mənasına gəlir.

Audi – Audi kəliməsi latınca “Eşitdim ” mənasına gəlir.

Aston Martin – İngilis idman  avtomobil istehsalçısı  Aston Martin adını qurucularından biri olan Lionel Martinin düzəltdiyi yarış avtomobilərini Aston təpəsində sınamasından alıb.

BMW – BMW-nin açılışı “Bayerische Motor Werke” (Bavariya Motor Fabriki) deməkdir.

Jaguar – İngilis lüks avtomobil istehsalçısı adını Cənubi Amerikada yaşayan yırtıcı bir pələng növü olan Jaguardan alıb.

Maserati – İtalyan lüks avtomobil şirkəti Alfieri, Bindo, Carlo, Ettore, Ernesto Maserati qardaşları tərəfindən 1914-ci ilə Bolognada qurulub və modelə qardaşlardan birinin adı verilib.

Ferrari – İtalyan məşhur lüks avtomobil şirkəti adını qurucusu ve məşhur yarışcı Enzo Ferraridən alıb.

Bugatti – Lüks avtomobil firması adın Ettore Bugattidən alıb.

Lamborghini – Məşhur yarış avtomobil firması adını qurucu Ferruccio Lamborghinidən alıb.

Ülkər Yarıyeva