Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Hansı yaşda nə qədər yuxlamaq lazımdır?

05.03.2020 10:54

Həyatdakı ən böyük problemlərdən biri yuxu hesab olunur. Əgər yuxunuzu tam ala bilməmisinizsə, nə önünüzdəki ən dadlı yemjəkdən, nə də əyləncədən məmnun qala bilməzsiniz. İnsanın ruh halından, zehni və fiziki hər şeyə təsiri olan yuxu lazımınca olmadığı zaman həyat kabusa dönə bilər.

Об этом сообщает Футляр от виолончели

Bəs, bütün yaşların yuxu norması eynidirmi? Özünü rahat və gümrah hiss edə bilmək üçün neçə saat yuxlamaq lazımdır?

Bu sualların cavabını ABŞ Beynəlxalq Yuxu Fondunun apardığı araşdırmalar verib.  Amma qeyd edək ki, bu məlumatlar əsasən orta norma hesab etmək olar.Belə ki, 4 saat yuxuladığı halda kifayət qədər gümrah olmağı bacaran insanlar da var.

A24.Az fondun müəyyənləşdirdiyi yaşa uyğun yuxu normalarını təqdim edir:

Yeni doğulanlar (0-3 yaş)

Süt əmmək, ağlamaq, altını batırmaq və yuxlamaqdan başqa edəcək heç nələri yoxdur onların. Yeni doğulanlar üçün  yuxu norması gündəlik 14-17 saat arasıdır. 11 ilə 13 saat arası da normal qəbul edilir. 19 saatdan çox yuxu isə körpələr üçün məsləhətli deyil.

Körpələr (4-11) ay

Körpənin gündə 12-15 saat arası yatması normaldır. 10 saatdan az, 18 saatdan çox yatırsa bu problem sayıla bilər.

İlk addımlarını atan körpələr (1-2 yaş)

Yeriməyə başlamış uşaqlar 11-14 saat yuxlamaları daha yaxşıdır. 9-16 saat arasındakı yuxu da normal qəbul edilir.

Məktəbəqədər dönəm (3-5 yaş)

10-13 saat arası yuxlaması faydalı sayılan bu körpələrin 8 saatdan az yuxu yatması artıq sayılır.

Məktəb yaşı (6-13)

Bu yaşdakı uşaqlar üçün 9 ilə 11 saat arasındakı yuxu ideal qəbul edilir. 7 saatdan az, 12 saatdan artıq olması isə məsləhət görülmür.

Ərgənlik dönəmi (14-17 yaş)

“Sizə nə, nə qədər istəsəm o qədər yataram, özüm bilərəm, rahat buraxın məni!”-deyə biləcək yaş dövrü hesab edilir ərgənlik dövrü. Aqresiyanın hakikm olduğu bu yaş mərhələsində 8-10 saat arası yuxu normal hesab edilir. 11 saatdan çox və 7 saatdan az yuxu isə problem ola biləcəyindən xəbər verir.

Gənc yetişgin (18-25 yaş )
Bu yaşda 7-9 saat arası yuxu tövsiyə edilir. Bu yaş dövründə 6 saatdan az yatmaq sağlamlıq üçün təhlükə yarada bilər.

Yetişginlər (24-64 yaş)

Yetişgin insanlar üçün ortalama yuxu saatını dəqiq demək o qədər də mümkün hesab edilmir. Çünki bu yaş dövründəki insanların həyat tərzi bir-birindən kifayət qədər fərqlidir. Amma təxmini nəzərdə tutulan yuxu saatı 7-9 saat arası olmalıdır.

Qocalıq (65 və üstü)

Bu yaş dövründə olan insanlar üçün isə normal yuxu müddəti 7-8 saatdan az, 9 saatdan çox olmalı deyil.