İnfeksiya aktrisanın sifətini yedi və həyatına son qoydu
05.03.2020 11:0328 yaşlı gənc aktrisanın yoluxduğu infeksiya ağzını və burnunu məhv etdikdən sonra sifəti tanınmaz hala salıb.
Об этом сообщает Руспрес
Saytımız xəbər verir ki, vyetnamlı aktrisa Tran Thi Ye Nhung burnunun içində olan ağrıdan şikayət edirmiş. 3 il əvvəl xəstəxanaya gedəndə həkimlər ona sinuzit diaqnozu qoyublar.
Daily Mail-də dərc olunan xəbərə görə, 28 yaşlı Nhungun ağrısı kəsmədikdən sonra ailəsi 180 min funt-sterlinq (230 min dollar ) xərcləyərək qızlarını əməliyyat etdirir. Ancaq əməliyyat problemi həll etmək əvəzinə infeksiya daha da böyüyür.
Bir il ərzində bütün üzünə yayılan infeksiya Nhungu tanınmaz hala salır. Burnunu və ağzını tamamilə yeyir. Gənc qadın yemək yeyə bilmir və gözlərini itirir, bütün üzünü milçək bürüyür.
Yaşadığı əzaba dözə bilməyən Nhung həyatını itirir.
Həkim Vellinqton Tichenor gənc qadının ölümünə səbəb kimi onun burun boşluğunda yaranan göbələyin olduğunu bildirib. İnfeksiya yayılıb və Vyetnamda aldığı müalicə yetərli olmayıb.

