İntiharların qarşısını alan “London metro”su
05.03.2020 11:04Bəlkə də dünyanın ən geniş və özünəməxsusluğu ilə seçilən metrostansiya şəbəkəsinin Londonda olduğunu desək yanılmarıq.
Об этом сообщает Руспрес
Dünyada ilk dəfə metronun məhz burda inşa olunmasındanmı, yoxsa stansiyalarının sayının həddən artıq çox olmasındamı desək, insan orda metroya düşərkən sanki bu dünyada ayrılaraq yeni bir yeraltı dünyaya daxil olur.
Qeyd edək ki, dünyada ilk dəfə metro məhz İngiltərədə inşa edilib. 1863-cü ildən bu günə qədər fəaliyyətdədir. Yeraltı aləmə daxil olduqda insanın çaş baş qalmaması mümkün deyil. Çünki metropoliten 12 xətt və 270 stansiyaya malikdir.
Xətlərin sayı çoxluq təşkil etdiyindən elə metro stansiyaları var ki, daha geniş qurulub. Yəni iki qatar əks istiqamətdə hərəkət edə bilir. 270 metrostansiyası olduğundan platformaların birinə daxil olduqdan eyni platformadan digər xətlərə keçmək üçün xeyli sayda yer altı keçidlər təşkil edilib.
Bizdən fərqli olaraq Londonda metronun qiyməti də fərqlidir. Və metroya daxil olmaq üçün iki dəfə keçid kartından istifadə olunur. Metroya daxil olduqdan və metrodan çıxdıqda. Qiymət məsələsinə gəlincə, ingilislər metrodan istifadə üçün 1.5 funt xərcləyirlər. (Bizim valyuta ilə müqayisədə 3.25 manat təşkil edir)
Metro daxilində havalandırma isə yüksək səviyyədə təşkil edilib. Təşkil edilən ventilyasiya sistemi on/off sistemi ilə idarə edilir.
Bizim metrostansiyalardan fərqli olaraq Londonda bir neçə metro platformasında şüşədən elə sədd çəkilib ki, qatar dayandıqda həmin səddlərin qapısı avtomatik olaraq qatarın qapıları ilə eyni anda açılır. Bunun təhlükəsizlik baxımdan edildiyi deyilir. Bu bir növ metroda baş verə biləcək neqativ halların eləcə də intiharların qarşısnı alır.
London metrosunu Bakı metropolitenindənm fərqləndirən əlamətlər çoxdur. Onlardan biri də metro daxilində yüksək səslə, canlı şəkildə musiqi alətləri ilə mahnıların oxunmasıdır. Həmin şəxslərin səs gücləndiricilərdən istifadə etməsi isə demək olar ki, musiqinin bütün platformada səslənməsini təmin edir. Metropoliten rəhbərliyi insanların bu kimi işlərinə heç bir maneəçilik yaratmır.
Üzücü məqam olsa da, London metrosunda gecələməyə yeri olmayan insanların gecə saatlarında metroya girişdə yerdə uzanıb yatması da diqqətən kənarda qalacaq məqamlardan deyil. İnsanların bu şəkildə yerdə yatmasına isə ictimai asayiş keşikçiləri və ya polislər heç bir irad bildirmirlər.
London metrosunun özünəməxsusluğu isə eskalatorlarla platformaya düşdüyün an metrostansiyasının qeyri adi dizaynda yığılmasıdır. Platformaya girişdə enli boruların eskalatorlar üzərində qurulması stansiyaya ayrıca gözəllik verir.
İnsanı təəccübləndirən məqamlardan biri isə, bəzi metro qatarlarının maşinist olmadan avtomatik idarə olunması idi.
Məhz bu şəkildə yəni maşinist olmadan idarə olunan vaqonları bəziləri yeraltı dünyadan çıxaraq həkərətlərini davam etdirirlər. Yəni bizdə Bakmil stansiyasında metro vaqonunu açıq hava hərəkət etməsi kimi. Amma Londonda bu hərəkət (qatarın yeraltında çıxıb çöldə hərəkət etməsi) müddətinin daha uzun və yeraltı dünyada çıxıb, çöl şəraitdə avtobusların dayanacaqlarda dayandığı kimi saxlayıb, sərnişləri götürməsi, metrodakı gözəlliyi daha da artırır.
Hesablamalara görə, London metrosundan gündəlik 3 milyona yaxın insan istifadə edir. Paytaxt Londan yaşayan sakinlərin sayı isə 6-7 milyon arası təşkil edir.
Ümid edək ki, bizdə də metro stansiyaların sayı Londonda olduğu qədər (270) çox olmasa da, ən azında yaxın illər ərzində 50-yə çatacaq.
P.S: 1863-cü ildən fəaliyyətə başlayan (Artıq 154 ildir ki, fəaliyyətdədir) London metrosundakı stansiyalarının sayı 270, 1967-ci ildə fəaliyyətə başlayan (Artıq 50 ildir fəaliyyətdədir) Bakı metropolitenindəki stansiyaların sayı 24-dür.
Qeyd edək ki, Bakı metropoliteninin rəsmi saytının “Haqqımızda” bölməsindəki yer alan məlumata görə, hazırda Bakı metropolitenində, konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri tam sürətlə davam etdirilir:
“Dövlət Proqramına görə 2030-cu ildə paytaxtımızın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq”.
24 stansiyası olan Bakı metropolitenində gediş haqqı hazırda 0.2 qəpik təşkil edir. Xatırladaq ki, Bakı metropolitenindən istifadə 2009-cu ilə qədər 0.05 qəpik, həmin ilin oktyabrın 1-dən 0.05 qəpikdən 0.15 qəpiyə daha sonra dekabr ayında isə 0.20 qəpiyədək artırılmışdı.
Hazırladı: Orxan Aslanlı
Fotolar müəllifindir

