Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İran ballistik raketini nümayiş etdirdi – “Heç bir ölkə” Tehrana…

05.03.2020 11:04

İran iki min kilometr məsafəyə uça bilən ballistik raketi təqdim edib.

Об этом сообщает Футляр от виолончели

A24.Az “Ria Novosti”yə istinadən xəbər verir ki, bu haqda məlumatı İranın briqada generalı Əmir Əli Hacızadə Press TV telekanalına müsahibəsi zamanı deyib.

Generalın sözlərinə görə, raket bir neçə döyüş başlığı daşımaq qabiliyyətlidir. “Xürrəmşəhr” adlı raket Tehranda keçirilən hərbi parad zamanı nümayiş etdirilib. Hərbi paradda İran prezidenti Həsən Ruhani və yüksək vəzifəli hərbçilər iştirak ediblər.

Daha əvvəl İran prezidenti Həsən Ruhani bildirib ki, ölkəsi raket kompleksinin imkanlarını gücləndirmək niyyətindədir. Onun sözlərinə görə, “heç bir ölkə” Tehrana öz raket potensialını inkişaf etdirməyə mane olmayacaq.

Xatırladaq ki, İranın raket proqramı ABŞ-ın kəskin reaksiyasına səbəb olur. Belə ki, Vaşinqton 18 təşkilatı və fiziki şəxsi Tehranın raket proqramı üzrə sanksiya siyahısına daxil edib. Ruhani bildirib ki, əgər ABŞ Tehrana qarşı sanksiyaları genişləndirməyə davam edəcəksə, ölkə nüvə proqramı üzrə razılaşmadan çıxa bilər. Bununla yanaşı, İran parlamenti ABŞ-ın məhdudiyyətlərinə cavab olaraq, raketlərin hazırlamasına 520 milyon dollar ayırıb.

Orxan Aslanlı