İran “Bavar-373” zenit-raket kompleksini sınaqdan keçirdi
05.03.2020 11:04İran “Bavar-373” zenit-raket kompleksini sınaqdan keçirib.
Об этом сообщает Роспрес
Bu barədə “France-Presse” agentliyi “Hətəm əl-Anbiya” hava hücumundan müdafiə bazasının komandanı Əmir Farzada İsmailiyə istinadən məlumat yayıb.
Bu zenit-raket kompleksinin bəzi elementlərinin Rusiyanın S-300 sistemlərindən daha yaxşı olduğunu deyən komandan “Bavar-373”-ün 2018-2019-cu illərdə İran ordusunun istifadəsinə verilməsinin planlaşdırıldığını bildirib.
Yeri gəlmişkən, komandan daha əvvəl bildirmişdi ki, “Bavar-373” Rusiyanın S-300 kompleksinin analoqudur və tam olaraq İranda layihələşdirilib hazırlanıb. İsmaili onu da qeyd edib ki, daha əvvəl Rusiyadan alınmış S-300 kompleksləri artıq döyüş növbəsində yerini tutub və İranın silahlı qüvvələri tərəfindən istifadə olunurlar.

