İran bu körfəz ölkəsini “bədbəxt” etdi – Qətər böhranı: Sünni – şiə savaşı başlayır?
05.03.2020 11:04Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Bəhreyn,Yəmən və Liviya Qətəri terrorizmə dəstək verməkdə və regionun sabitliyini pozmaqda ittiham edərək, onunla diplomatik münasibəti kəsiblər.
Об этом сообщает Роспрес
Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu uzun illərin müttəfiqləri arasında münasibətlərin gərginləşməsinin çoxları üçün gözlənilməz olduğunu bildirib:
“Səudiyyə Ərəbistanı Qətəri terrorçulara dəstək verməkdə və İranla məxfi münasibətlərdə ittiham edir. Məncə, elə əsas səbəb ikincidir. Çünki Qətərin müxtəlif terrorçu qruplaşmalara dəstək verməsinə dair xəbərlər illərdir dolaşır. Ancaq buna görə Səudiyyə Ərəbistanı Qətəri ittiham etmirdi, əksinə bu dövlətlə əməkdaşlığına davam edirdi. Qətər müstəqil oyunçu kimi İranla əlaqə qurmaq istəyib. Bu isə Ər-Riyadın narahatlığına səbəb olub. Çünki Səudiyyə Ərəbistanı kral ailəsinin yanaşmasına görə, onunla müttəfiq olan, müxtəlif əməliyyatlarda birgə iştirak edən dövlətin İranla gizli təmaslara başlaması ərəb-sünni ittifaqının maraqlarına ziddir”.
Qətərin vəziyyəti daha da ağırlaşacaq
O, Qətəri dəhşətli nəticələrin gözlədiyini qeyd edib:
“Səudiyyə Ərəbistanı Qətərə dəhşətli zərbə vurdu.Özü ilə bərabər müttəfiqlərini də Qətərlə diplomatik əlaqələri kəsməyə vadar etdi. Qətər qaş düzəltmək istəyərkən, iki gözündən də məhrum olmaq üzrədir. Tək diplomatik münasibətlər kəsilmir, Səudiyyə Qətərlə iqtisadi və siyasi əlaqələri də dondurur.
Doğrudur, Qətər zəngin qaz ölkəsidir, ancaq təkbaşına və ətraf aləmlə mühasirə şəklində inkişafını necə davam etdirəcək? İranla təmasları genişləndirmək naminə ərəb dünyasından təcrid olunmaq Qətərə baha başa gələ bilər. Hələ üstəlik, Qətər 2022-ci ildə futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək. Qətər bu yarışmanı da təhlükə altına atır. Digər tərəfdən Ər-Riyadın “Qətər terrorçulara dəstək verir və İranla gizli əlaqələr qurur” iddiasına Qərb dünyası da şərik çıxa bilər. Bu halda Qətərin vəziyyəti daha da ağırlaşacaq. Doğrudur, Amerikanın Qətərdə hərbi bazası var. Ancaq Amerika üçün Səudiyyə Ərəbistanındakı maraqlar daha vacibdir”.
Ər-Riyadın qərarı Ankara və Bakı üçün əsas deyil
E.Şahinoğlu baş verənlərin Azərbaycanla münasibətlərə də təsir edəcəyini istisna etmir:
“Türkiyə və Azərbaycanın də Qətərlə münasibətləri var. Ər-Riyadın qərarı Ankara və Bakı üçün əsas deyil. Buna rəğmən, biz də ərəb ittifaqında baş verən bu çata diqqət yetirməliyik. Balanslaşdırılmış xarici siyasəti elə belə məqamda həyata keçrimək lazımdır. Qətərin həqiqətən terrorçulara dəstək verdiyi təsdiq olunarsa, bu dövlətlə münasibətlərdə məsafə saxlamağa ehtiyac duyacağıq”.
Politoloqun fikrincə, Qətər vəziyyətin özü üçün təhlükəli həddə çatdığını anlayaraq xarici siyasətində ciddi korrektə edəcək. Çünki Qətər ərəb dünyasından təcrid olunmuş şəkildə yaşaya bilməz.
Xəyalə Bünyatova // A24.Az

