İŞİD-in İrandan etdiyi tələbin arxasında duran SİYASİ MƏQAMLAR
05.03.2020 11:06Xəbərdar olduğumuz kimi iyunun 7-də İran Milli Məclisində və İmam Xomeyni türbəsində terror aktı törədilib. Terror hücumları zamanı 13 nəfər ölüb, 40-dan çox insan isə yaralanıb. Terror aktını İŞİD terror qruplaşması öz üzərinə götürüb. Açıqlamaya görə, hücumu İŞİD-ə qoşulan İran əsilli şəxslər həyata keçirib.
Об этом сообщает Руспрес
Əldə edilən son məlumatlara görə, İŞİD İranda başlatdığı terror hücumlarının davamı və səbəbi barədə açıqlama verib. İŞİD, ölkəyə şəriət gələnə qədər İranda başlatdıqları terror hücumlarını davam etdirəcəklərini bildirib. (Mənbə: Zaytung.com)
Sual: Şəriət nədir?
Sözün ərəb dilindəki lüğəvi mənası su içilən yerə gedən yol və gedilməli olan açıq yol deməkdir. Şəriət sözü Quranda təkcə bir yerdə – Casiyə surəsinin 18-ci ayəsində var. Müxtəlif növləri isə Maidə surəsinin 48-ci və Şura surəsinin 13 və 21-ci ayələrindədir. Lakin “şəriət” dini bir termin kimi bu mənanı verir: Allah tərəfindən peyğəmbərinin vasitəsilə bildirilən hökmlərin məcmuyunu əhatə edən ilahi qanun. Şəriət əsas etibarı ilə vəhylə sabit olan əqidə, əxlaq və əməllərlə əlaqədar bütün hökmləri əhatə edir.
İran deyildiyi zaman üzərində durulması vacib olan ən əhəmiyyətli hadisə şiəlikdir. Sünni İslamdan daha çox Xristianlığa bənzəyən Şiə İslam inancı Səfəvilərin dövründən başlayaraq İran dövlətinin təməl nöqtəsi olmuşdur. Bu gün etnik nöqteyi nəzərdən İranı bir arada tutan ən güclü faktor şiəlikdir. Şiəlik və 12 İmam inancı dövlətin rəsmi doktrinası olması xaricində, cəmiyyətdə də çox güclüdür.
Bugünkü halı ilə hər nə qədər İran İslam Respublikası 1979-cu ildə Xomeyninin ölkəyə geri qayıdışı ilə birlikdə quruluş qəbul edilsə də, inqilabdan sonra İrandakı rejimin İslami quruluşa bürünməsi bir anda olmayıb. Ölkədə 2 il ərzində kommunist və sekulyar yaşam tərəfdarı olan kəslərə qarşı böyük edam dalğası başladılmış, bu şəxslər yaxşıca əzildikdən sonra yeni rejim həqiqi niyyətini bəlli edən qanuni dəyişikliklər tətbiq etməyə başlamışdır.
Teoktarik bir rejim olan İranda konstitutsiya Quranı sadəcə dini bir əsər olaraq deyil, təməl bir qanuni qaynaq olaraq da görməkdədir. Konstitutsiyaya görə, bütün sivillər, cinayət, maliyyə, iqtisadi, inzibati, mədəni, hərbi, siyasi və digər qanun və qaydalar İslamın meyarlarına uyğun olmalıdır. Bu mənada İran tam olaraq teokratik bir rejimdir və bunun dəyişməsi islahatlar yolu ilə mümkün deyil. Konstitutsiya eyni zamanda xalqın seçimini məhdudlaşdıran avtoriat bir görünüşdədir. Yəni nə qədər prezident xalq tərəfindən seçilsə də, namizədlərin prezidentlik kürsüsünə xalqın iradəsi ilə gəlməsi mümkün deyil. Daha dəqiq desək, İran prezidentinin səlahiyyətlərinin üzərində hər zaman Dini Liderin nüfuzu var.
İranda siyasi sistemin başında “vəlayəti fəqih” anlayışına uyğun olaraq dini lider durur. Rəsmi olaraq dünyanın və insanlığın suverenliyi tanrıya aiddir deyə qəbul edilsə də, onun dünyadakı təmsilçisi dini lider sayıldığı üçün son sözü Dini Lider söyləyir. İranın mövcud dini lideri Ali Xamaneyidir. 1989-cu ildə ilk dini lider Xumeyni öldükdən sonra vəzifəyə gəlib. Atası azərbaycanlı olan Ali Xamaneyi Azərbaycan dilində danışmaqla öz bağını yaşatmaqdadır. Lakin bir gecədə dini lider ola bilməsi üçün 1989-cu ildə konstitutsiyaya dəyişiklik aradan qaldırılıb. Bundan başqa dini lider seçilə bilməsi üçün onun Ayətullah olaraq da elan edilməsi lazım idi. Mənası şiə din adamı deməkdir və şiələri istiqamətləndirmək səlahiyyətinə malikdir.
Bəs, bu gün İŞİD-in İrandan tələb etdiyi şəriət qanunları nədir?
Bir çoxlarımıza məlumdur ki, İranda yaşayanların əksəriyyəti tətbiq edilən şəriət qanunlarının əslində onların hüquqlarını pozduqlarını düşünür.
- Bunlardan biri də dünya hüquq normalarına qarşı olan azyaşlıların şəriətə əsaslanan dini qanunlarda həbs oluna, ataları tərəfindən döyülə bilər. Hətta atası uşağını öldürsə belə kiçik bir cəza ilə törətdiyi cinayətin cəzasını ödəyə bilər. Bundan başqa bir çox beynəlxalq sənədlərdə təsdiqini tapan uşaqların işləməməsi məsələsinə İranda nəzarət yoxdur, azyaşlılar fabrik və zavodlarda az maaşa işləyir.
- İran parlamenti şok effekti yaradan qanun layihəsi qəbul edib: qanuna görə, bir ataya övladlığa götürdüyü azyaşlı qızı ilə evlənməyə icazə verilir.
- Şəriət qanunlarına görə, İranda qızlar 13, oğlanlar isə 15 yaşından sonra ailə həyatı qura bilərlər.
- İranda oğurluq edənlərin əllərini kəsmək;
- Qadınları zorlayan kişiləri edam etmək;
- İranda homoseksuallıq qadağandır və bu qadağanı pozanları şəriət qanunları ilə ölüm cəzası gözləyir.
Azyaşlılarla evlilik, qəddarlıq, cinsi azlıqların öldürülməsi və sair bu kimi şəriət qanunları İŞİD-i razı salmır? Yoxsa bu bir bəhanədir? Əslində İŞİD-in İrandan tələb etdiyi şəriət qanunlarının arxasında hansı siyasi məqamlar durur?
Politoloq Nazim Cəfərsoy bildirdi ki, İŞİD özünə görə müsəlman və islam anlayışı yaradıb. Bunun təməl motivasiyasında sələfilik yorumu durur. “Bunun xaricində duran hər kəsi isə İŞİD kafır elan edir. Beləliklə, İŞİD Qərb ölkələrini kafir elan edir, öz ətrafında olan dinindən çıxmış və yaxud dini inancını düzgün icra etməyənləri müsəlmanları və ölkələrlə mübarizə aparır. İŞİD-in “YouTube” kanalında istər İrana qarşı, istər Türkiyəyə, hətta Azərbaycana qarşı təhdidlərini və açıqlamalarını görmək mümkündür. Amma İrana qarşı yönələn bu açıqlamaların dini yönümlü olduğunu görürük. Bu zaman ortaya bir sual çıxır ki, “niyə İŞİD indi İrana qarşı bu cür hücumlar təşkil edir?” Burda açıqlanası müxtəlif məqamlar var, gərək bu ehtimalı nəzərə almaq lazımdır ki, İŞİD son dövrlər Amerika, qərb, Rusiya və xarici qüvvələr tərəfindən çox ciddi şəkildə sıxışdırılır. İŞİD-in İranı təhdid etməsinin bir neçə məqamı var:
Birincisi, Suriyada İŞİD-lə birbaşa vuruşan ölkələrdən biri İrandır. Özü də İranın İŞİD-lə mübarizəsi həm Suriyada, həm də İraqda gedir. Ona görə də, İŞİD-in birinci siyasəti düşməni İrana hədəflənməkdir.
İkincisi, İrana hücum edərək eyni zamanda hədəflərini çaşdırmağa çalışır. Burda “düşmənimin düşməni mənim dostumdur” prinsipini tətbiq eləmək kimi bir görüntü var. Çünki İŞİD-i sıxışdıran başqa bir əhəmiyyətli güc Qərb koalisiyasıdır. Hələ Trampın hakimiyyətə gəlməsi ilə qərbin mövqeyi İŞİD-in düşməninə çevirilib. Eyni zamanda Qərblə İran arasında münasibətlər də çox gərgindir. Trampın hakimiyyətə gəlməsi ilə bu münasibətlərin daha da gərginləşməsini müşahidə edirik. İŞİD İranla Qərb arasındakı bu rəqabətdən də istifadə eləməyə çalışır. Bu mənada İranı hədəfinə qoyaraq əslində bir növ qərb koalisiyasına qarşı yönəldiyini söyləməyə çalışır.
Üçüncüsü, İŞİD-in İranı hədəfləməsinin bir səbəbi də yayılan iddialarla bağlıdır. Bilirsiniz ki, İŞİD-in yaranması ilə bağlı müxtəlif iddialar var ki, qərbin ixtiralarıdır. Bəzi nəzəriyyələrdə isə bildirilir ki, İŞİD Amerikanın dəstəklədiyi bir siyasət, yaratdığı bir qurumdur. Bu da yaxın Şərq regionunda, Amerikanın geosiyasi maraqlarını daşıyan bir təşkilatdır. O zaman belə bir mənzərə ortaya çıxır ki, İŞİD İraqda və Suriyada həyata keçirtdiyi dağıdıcı həmlələrini indi da İranda etməyi planlaşdırır.
Dördüncü məqam, mümkün olduğu qədər qarşısındakı düşmənlərini genişləndirməyə çalışır. Bu mənada Tehranı vuraraq İranın Suriya və ya İraqa daha az diqqət göstərməsini, başının öz daxili problemlərinə qarışmasına çalışır”.
Firuzə Alimova

