İŞİD Nyu-Yorkdakı terrora görə məsuliyyəti öz üzərinə götürdü
05.03.2020 11:07İŞİD terror qruplaşması Nyu-Yorkda 8 nəfərin ölümü ilə nəticələnən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
Об этом сообщает Футляр от виолончели
Saytımız bildirir ki, bu barədə APA “Röyters”ə istinadən xəbər verir.
Qeyd edək ki, oktyabrın 31-də 29 yaşlı Özbəkistan vətəndaşı Seyfullah Saipov idarə etdiyi yük maşınını velosiped yoluna çıxararaq velosipedçilərin üzərinə sürüb, daha sonra məktəb avtobusu ilə toqquşub. Polislər avtomobildən düşən sürücünü atəş açaraq yaralayıblar. Hücum nəticəsində 8 nəfər ölüb, 10-dan çox şəxs xəsarət alıb. Ölənlərdən 6-sı hadisə yerində, 2 nəfəri isə xəstəxanada keçinib.
Cinayətkarın avtomobilindən aşkarlanan məktubda S.Saipov hücumu İŞİD adından törətdiyini qeyd edib. Onun mobil telefonunda İŞİD-in təbliğatına aid 90 videoçarx və 3800-dək fotoşəkil aşkarlanıb.
S.Saipov barəsində ömürlük həbs və ya ölüm hökmü çıxarıla bilər.

