İslam dünyasının alimi Kubeysi vəfat etdi
05.03.2020 11:07Məkkədəki Ümmül Kura Universitetinin professoru Dr. Əhməd Abdulrezzak Əl Kubeysi dünyasını dəyişib.
Об этом сообщает Роспрес
Saytımızın Türkiyə mediasından əldə etdiyi məlumata görə, iki gün əvvəl Türkiyə prezidenti Ərdoğanın təşəbbüsü ilə təyyarə ilə Səudiyyə Ərəbistanından Türkiyəyə müalicə olunmaq üçün gətirilən Kubeysi vəfat edib.
Prof. Dr. Kubeysinin cənazəsi bu gün Fatih Məscidində ikindi namazından sonra qılınacaq cənazə namazının ardından Mədinəyə yola salınacaq.
Türk İslam alimlərini yetişdirdi…
Türkiyəyə bağlılığı və münasibəti ilə tanınan Kubeysi 30 ildən çox idi ki, Məkkədəki Ümmül Kura Universitetində fiqh mövzusunda mühazirələr oxuyaraq dünya miqyasında tanınan məşhur simalardan biri olub.
Xüsusilə də xarici ölkələrdən Səudiyyə Ərəbistanına gələn tələbələrin təhsilinə böyük əmək sərf edən Kubeysi Universitetdə dərs keçən bir çox türk İslam alimin yetişməsində rolu və köməyi olub. Bəzi əsərləri türk dilində də tərcümə edilib.
Prof. Dr. Kubeysi çoxlu sayda Kəbə imamlarının müəllimi olaraq da tanınır.

