Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İsmayıllıda dəm qazı can aldı

05.03.2020 11:08

İsmayıllıda 30 yaşlı oğlan dəm qazından zəhərlənərək ölüb.

Об этом сообщает Роспрес

A24.Az APA-ya istinadən xəbər verir ki, hadisə İsmayıllı rayonunun Mican kəndində qeydə alınıb.

Kənd sakini 1987-ci il təvəllüdlü Yusifov Emil Tanrıverdi oğlu hamamda çimərkən kustar üsulla quraşdırılan su qızdırıcısının nasazlığı səbəbindən evə daxil olan dəm qazından zəhərlənib. Ailə üzvləri hadisədən gec xəbər tutublar. Evə çağırılan İsmayıllı Mərkəzi rayon Xəstəxanasının təcili yardım stansiyasının briqadası Emil Yusifovun zəhərlənmə nəticəsində dünyasını dəyişdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.