İspaniyada göyərtəsində 4 tonadək kokain olan gəmi saxlanılıb
05.03.2020 11:08İspaniya polisi tərəfindən keçirilən beynəlxalq əməliyyat nəticəsində göyərtəsində 3,8 ton kokain olan gəmi saxlanılıb.
Об этом сообщает Роспрес
A24.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, əməliyyat nəticəsində 7 nəfər saxlanılıb. Məlumata görə, narkotiklər gəmi mətbəxinin altında düzəldilmiş gizli kabinədən aşkarlanıb.
Kolumbiyadan İspaniyaya üzən gəmi Kanar adalarından 870 km aralıda saxlanılıb.

