Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İspaniyada ikinci terror aktı törədilib

05.03.2020 11:08

Terrorçular Barselona yaxınlığındakı Kambrils şəhərində avtomobili piyadaların üzərinə sürüblər.

Об этом сообщает Роспрес

Saytımızın məlumatına görə, bu barədə “24 Horas” telekanalı xəbər verib.

“Cadena Ser” radiostansiyasının xəbərinə görə, hadisə nəticəsində 2 nəfər ağır, 3 nəfər yüngül xəsarət alıb. Terrorçuların zərərsizləşdirildiyi bildirilir.

Bundan əvvəl isə Kambrils polisi terror aktının baş verdiyini, bir neçə terrorçunun öldürüldüyünü bildirib.

“24 Horas”ın məlumatına görə, antiterror əməliyyatı zamanı 4 terrorçu öldürülüb, daha 1-i yaralanıb. Telekanal atışmanı əks etdirən kadrları nümayiş etdirib.

Xatırladaq ki, Barselonada ötən gün baş vermiş birinci terror aktı zamanı 13 nəfər öldürülüb, 119 nəfər xəsarət alıb. Polis terror aktında şübhəli bilinənlərin ikisinin saxlanıldığını, birinin öldürüldüyünü bildirib. Hadisəyə görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.