Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İsrailin Azərbaycana satmaq istədiyi PUA-da qalmaqal – Sınaq zamanı sərhədləri pozdu

05.03.2020 11:08

Pilotsuz Uçuş aparatları mövzusunda Azərbaycan üzün müddətdir ki, İsrail şirkətləri ilə iş birliyi qurub. Ən son “Hermes – 900” tipli ATS-lər Azərbaycan ordusunun inventarına qatılıb. Bu bazarı əldən vermək istəməyən israilli şirkətlər yeni məhsullarını Azərbaycana göndərir, təqdimatını edir.

Об этом сообщает Роспрес

Saytımızın əldə etdiyi məlumata görə, “demo” olaraq adlandırılan təqdimat uçuşlarından birində ciddi qalmaqal yaşanıb. Belə ki, kamikadze olaraq adlandırılan hədəfi tapıb məhv etməli olan pilotsuz uçuş aparatı demoda Ermənistanın hava sahəsinə daxil olaraq uçmağa başlayıb. Demo uçuşu tamamlandıqdan sonra pilotsuz uçuş aparatı yenidən Azərbaycana qayıdıb.

Demo uçuşundan sonra orda baş verənlər İsrail Müdafiə Nazirliyinə gedib çatıb və maraqlı qərar verilib. Sistemin icazəsiz olaraq Ermənistanın hava sahəsində uçması ilə əlaqədar Müdafiə Nazirliyi istintaqa başlayıb. İstintaq başa çatana qədər “Aeronautics” şirkətinin ixracatla bağlı lisenziyası dayandırılıb.

Firuzə Alimova / MTM