Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İtaliyan klubu “Seria A”-nı boykot edir

05.03.2020 11:10

“Latsio” rəhbərliyi “A” seriyasındakı hakimlikdən narazıdır və hazırda komanda çempionatdan yarımçıq çıxmaq barədə düşünür.

A24.az-ın Qol.az-a istinadən yaydığı xəbərə görə, dünən gecə “Torino” ilə oyundan (1:3) sonra klub rəhbəriyi “A” seriyasını tərk etmək barədə məsələni müzakirə edib.

Об этом сообщает Роспрес

Klub prezidenti Klaudio Lotiti düşünür ki, “Latsio” siyasi kampaniyanın qurbanı olub. Bəziləri paytaxt klubunun mövsümün sonunda ilk dördlükdə qərarlaşmasını istəmir.

“Torino” ilə görüşdə rəqib futbolçu əllə oynasa da, hakim “Latsio”nun xeyrinə penalti təyin etməyib.
Üstəlik, komandanın aparıcı üzvü Çiro İmmobile Nikolas Burdisso ilə aralarında yaşanan insidentə görə videotəkrara baxıldıqdan sonra meydandan qovulub.

“Latsio”nun baş məşqçisi Simone İnzagi isə bildirib ki, hakimlər ardıcıl 4 turdur ki, onun komandasına qarşı qərəzli qərarlar qəbul edirlər.

Qeyd edək ki, qalmaqallı “Latsio” – “Torino” görüşünü Pyero Cakomelli idarə edib.