“İyi Parti” ölü doğulmuş uşaqdır… – Türkiyəli politoloq
05.03.2020 11:10Xəbər verdiyimiz kimi, Türkiyədə Maral Akşənərin rəhbərliyi ilə yeni müxalifət partiyası yaradılıb. “İyi parti” adlanan partiya elə yarandığı gündən də böyük qalmaqala səbəb olub. Çoxları bu adın “Türkiye iyi olacak…” şüarı ilə fəaliyyətə başlayan partiyaya uğru gətirməyəcəyini düşünür.
Об этом сообщает Футляр от виолончели
Maraqlıdır, Türkiyənin bu günündə yeni bir müxalifyönümlü partiyanın yaranmasına ehtiyac var idimi? “İyi parti” bu adla nə qədər təsirli, güclü olmağı bacaracaq?
A24.az-ın mövzu ilə bağlı suallarına Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktay aydınlıq gətirib.
Hasan Oktay bildirib ki, bu partiyanın əsas hədəfi xarici dünyadan dəstək alaraq mövcud siyasi quruluşu, iqtidarı əhatə xaricində qoymaqdır:
“Türkiyədə son zamanlarda xaricdən edilən təzyiqlərin sıxlığından yeni siyasi əsaslar və mübarizə sahələri, çıxış yolları axtarılır. Xarici dünyaya “Türkiyəni daha yaxşı idarə edərik” mesajı vermək üçün yeni siyasi proseslər dövrəyə girir. Bu siyasi proseslər periodik və aktualdır. Əsas hədəfləri xaricdən dəstək alaraq mövcud siyasi quruluşu, iqtidarı əhatədən kənarda qoymaq arzusudur. Bunun üçün xaricdən alınan dəstək zamanla ölkəni sıxıntıya salır.
Son zamanlar xaricdən AKP hökumətinə edilən təzyiqlər, müdaxilələr cəmiyyətin müxtəlif təbəqələrinə də mənfi təsir edir. Bu gün etibarı ilə qurulan “İyi parti” xarici təzyiqlərdən ibarət olan bir psixoloji böhranın bir axtarış kimi qarşımıza çıxmış formasıdır. Bu partiyanın qısa zamanda uğurlu olması, hakimiyyətə gəlməsi müzakirə mövzusu deyil.
Bu partiya ilk növbədə xaricdən edilən intensiv təzyiqlərə qarşı MHP-nin hökumətə verdiyi dəstəyi və milli birlik, bərabərlik mesajının təsirini qırmaq üçün xaricdən dəstək ola bilər. Digər tərəfdən, AKP-nin daxilindəki siyasi böhranı tətikləmək və AKP üzərində psixoloji təzyiq yaratmaq üçün bu partiya fəaliyyətə başlayıb”.
H.Oktay, həmçinin “İyi Parti”ni ölü doğulmuş uşaq adlandırıb:
“Baş strategiyasını MHP-ni zəiflətmək, AKP-ni isə daha çətin bir hala salmaq üçün hərəkətə gətirilən bu “İyi Parti” doğulmadan ölən uşaq kimidir. Adı, şüarı ilə bağlı gözləntilərə təsisçilər heyəti cavab verə bilməyib. Təsisçilərin, xüsusən də MHP mənşəli təsisçilərin keçmiş dövrlərdə MHP-dəki uğursuzluqları ortada ikən bu uğursuz halları ilə yeni partiyada nə edəcəkləri maraqlıdır. Şöhrətlər heyəti kimi təqaüdə çıxmış bürokrat siyasətçi heyəti ilə Türkiyənin məsələlərini həll etmək olduqca çətindir. Bu mənada “İyi parti” ölü doğulmuş uşaq kimidir.
Həmçinin, AKP iqtidarının da özünü nəzərdən keçirməsi lazımdır. Yanlış üsul və davranışlar üzündən Türkiyə ciddi mənada bir böhran ilə qarşı-qarşıya qala bilər. MHP-nin milli hissiyatla verdikləri dəstək çox uzun çəkməz. Ölkə idarə edilməz, çıxılmaz böhranla üzləşərsə, o zaman MHP-nin mövqeyi çox önəmli hala gələcək”.
Zəhra

