Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Jurnalisti təhqir edən direktor şairə imiş: “Yolun sonuna çatdıq”

05.03.2020 11:10

Xəbər verdiyimiz kimi, Bakının Maştağa qəsəbəsində fəaliyyət göstərən 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovanın jurnalisti təhqir etməsiylə bağlı səsyazısı yayımlanıb. Səsyazısını axar.az saytı dərc edib. 

Об этом сообщает Роспрес

A24.az xəbər verir ki, xanım direktor Nailə Məmmədova həm də şairə imiş.

Onun şeirlərindən bir neçəsini təqdim edirik:

Danışmağa nə sözümüz.

Cırmağa nə bezimiz qaldı.

Yolun sonuna çatdıq,

Günügünə qatdıq,

Özümüzü bir ömür belə aldatdıq

Başımızı qatdıq

Son dəfə. Gücüm çatana qədər çağırdım səni.

Arxana belə baxmadın,

Baxa da bilməzdin axı,

Bölünməli payımız qalmamışdı axı

Uçulub bəxtimin taxtı.

Yarımçıq yaşamaq olmur axı

Ovuclarıma alıb, sığal çəkdim boynu bükük sevgimə

Sevgim, yetim qalıbmış demə

Kəlmələrim qırıq-qırıq

Arzularımın boynu buruq,

Gülüşlərim belə buz kimi soyuq

Hər şeyi bilə-bilə inanmadım, bir gün ayrılacağıma

Bir gün sənsiz qalacağıma.

Üzümü qibləyə çevirmişəm.

Kəlmeyi şəhadətimi də demişəm,

Nəfsimə oruc tutmuşam,

Qapında səcdəyə durmuşam,

Səni özümə Kəbə bilmişəm, təvvaba gəlmişəm

Qapına hacətə gəlmişəm

Deyəsən, İbrahim məqamıma da çatmışam,

Şeytana daş da atmışam

Arzularıma çatmaya-çatmaya

İlahi, gör hansı məqama çatmışam

Qurbanlığımı qabağıma qatmışam,

Zəm-zəm suyundan da içmişəm

Sənə üz çevirmişəm.

Orucluq da bitdi, qurbanlar da kəsildi

Sən isə mənim qəsdimə qənim kəsildin”.

Elvin Paşazadə