Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Keçmiş MTN zabitindən Fədayənin qaçış planına dair detallar

05.03.2020 11:12

Son günlər bütün ölkənin diqqəti bir hadisəyə yönəlib – müğənni Fədayə Laçının həbsi və həbsin qaranlıq məqamları.

Об этом сообщает Футляр от виолончели

A24.az saytı olaraq, bu hadisənin diqqətçəkici məqamlarını sizə çatdırmağa çalışdıq.

Bütün sirləri ortaya tökülən Fədayə Laçının həbs olunmasına baxmayaraq, hər kəsi bu sual düşündürür. Azərbaycanda ədliyyə sistemi bu qədər zəfdirmi ki, həbs olumuş bir məhbusun ekstradisiyası zamanı hansısa bir  müğənni onların qaçışını təşkil edir; Xüsusi rejimli həbsxanaya yol tapır; İnternet – mobil xidmətlərdən rahat istifadə etmələri mümkün olur…

Mövzu ilə əlaqədar A24.az saytı olaraq, keçmiş MTN zabiti Sülhəddin Əkbərin fikirlərini öyrəndik.

O, açıqlamasında bildirdi ki, Fədayə Laçının şəxsi həyatı bizi maraqlandırmır, onun şəxsi həyatına qarışa bilmərik, ancaq cinayət işinə gəlincə isə onun dəqiqliyi haqqında o qədər də ətraflı danışa bilməyəcək, iş istintaqdadır və araşdırılır:

“Ümumi şəkildə onu deyə bilərəm ki, rüşvətin və korrupsiyanın bütün dövlət sistemini tabe etdiyi bir yerdə hər cür hadisənin yaşanması qaçılmazdır. Hətta bundan ağır hadisələrin də baş verə bilər. Bir yerdə ki, pulla hər şey alınıb-satılır, deməli orada pulla hər şey etmək mümkündür”.

Pərvin Abgül //A24.az