Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Keçmiş nazir Ermənistandakı yoxsulluğu belə ifadə etdi: “Biz nəinki pis, hətta … “

05.03.2020 11:12

Bu gün Ermənistanın dövlət borcu 5,2 milyard dollar təşkil edir, məcmu xarici borcu isə 8 milyard dollardır.

Об этом сообщает Руспрес

Saytımızın “news.am”a istinadən verdiyi məlumata görə, bunu Ermənistanın sabiq baş naziri Qrant Baqratyan deyib.

O, bildirib ki, ölkənin xarici borcları durmadan artır və bu, Ermənistanı iqtisadi kollapsa gətirib çıxara bilər. “Bu templərlə heç hara gedə bilmərik. Biz iqtisadi kollapsa doğru gedirik. Biz nəinki pis, hətta borc içində yaşayırıq”, – Baqratyan deyib.

Baqratyan qeyd edib ki, son 10 il ərzində ölkədə yoxsulluğun göstəricisi rəsmi olaraq 23 faizdən 30 faizə yüksəlib. Baqratyanın şəxsi məlumatlarına görə isə, əslində yoxsulluğun real səviyyəsi 38 faiz təşkil edir. (trend.az)