Kim Çen In hansı futbol klubunun tərəfdarıdır?
05.03.2020 11:13Keçən ay ballistik raket sınağı ilə dünyanı təşvişə salan Şimali Koreya lideri Kim Çen Inın hansı futbol klubunun tərəfdarı olduğu bəlli olub.
Об этом сообщает Роспрес
A24.az xarici mediaya istinadən xəbər verir ki, italiyan senator Antonio Razzi İngiltərənin “The Sun” qəzetinə açıqlama verərkən Kim Çen Inın tərəfdarı olduğu klubun adını da açıqlayıb. Belə ki, Razzi dostu Kim Çen Inın İngiltərə Premier Liqasında çıxış edən Mançester Yunayted klubunun tərəfdarı olduğunu və heç bir oyununu qaçırmadığını deyib.

