Kimyəvi qətliamın törədildiyi İdlibə yenidən hava hücumu – Ölənlər var
05.03.2020 11:13Bir neçə gün bundan öncə Suriyanın İdlib bölgəsinə edilən kimyəvi hücum nəticəsində 100 nəfər zəhərlənərək vəfat edib.
Об этом сообщает Роспрес
Saytımız xəbər verir ki, müxalifət qoşunlarının nəzarəti altında olan bölgəyə bu dəfə edilən hava hücumu nəticəsində 10 nəfər ölüb. Bölgədə olan təhlükəsizlik əməkdaşı Muhammed Zikra hadisə ilə bağlı ilkin açıqlama verib:
“Rus hərbi təyyarəsi olduğunu təxmin etdiyimiz bir hərbi təyyarə İdlibin Maarret en- Numan ilçəsinə bağlı Hiş bölgəsində olan düşərgələri bombaladı”.
Zikra həmçinin əlavə edib ki, hava hücumu nəticəsində çox sayıda insan yaralanıb. Onlar arasında ötən həftə baş vermiş kimyəvi hücumdan qaçaraq bölgəyə sığınanlar da olub.

